Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazir sahibkarlığa qarşı

Şahin Mustafayev sahibkarlığa qarşı

 

Daha bir nazirliyin iş adamlarına müdaxiləsi araşdırıla bilər

Xeberinfo.com:   Son vaxtlar Azərbaycanda sahibkarlıq fəaliyyətinə qarşı müdaxilələrə görə sərt addımlar atılır. Neftin qiymətinin kəskin ucuzlaşması və manatın devalvasiyası şəraitində qeyri-neft sektorunun inkişafı artıq ölkəmizdə bir nömrəli məsələdir. Bunu önləyən məmurlar isə hansı yüksək vəzifə tutmasından asılı olmayaraq, haqlı olaraq ölkə rəhbərliyinin qəzəbinə gəlir, belə məmurlar işdən qovulmaqdan tutmuş həbs edilməyədək ən ağır formada cəzalandırılırlar.

Güman edilir ki, bu proses davamlı olacaq. Yəni qarşıda bizi bir sıra nazirlik və komitələrin də sahibkarlıq fəaliyyətinə yönəlmiş qeyri-qanuni addımlarının araşdırılması, onların barəsində sərt cəza tədbirlərinin seçilməsi istiqamətində başqa sürprizlər də gözləyir. 
Azərbaycanda sahibkarlığın sürətli inkişafına maneə yaradan qurumlardan biri də İqtisadiyyat və Sənaye Nazirliyidir. Şahin Mustafayevin rəhbərlik etdiyi nazirliyin ölkədə qeyri-neft sektorunun sürətli inkişafındakı “tormozlayıcı” rolu haqqında KİV çoxdan yazır, ekspertlər çoxdan danışırlar. 
Bu sırada xüsusilə diqqət çəkilməli məqam adıçəkilən nazirliyin tabeliyində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu ilə bağlı dilə gətirilən və kifayət qədər ciddi, taleyüklü məqamlardır. Ekspertlər də bildirirlər ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara verilən kreditlərin şəffaflığı, eləcə də kreditlərə əlçatanlıqla bağlı müəyyən problemlər var. Onlar qeyd edirlər ki, ən əsas problem kreditlərin verilməsi mexanizminin şəffaf olmamasıdır. Sahibkarlara Kömək Milli Fondunun əsas vəzifəsi kiçik və orta sahibkarlara güzəştli kreditlərin təklif olunmasıdır. Fondun büdcəsi dövlət büdcəsi vəsaitləri hesabına və eləcədə əvvəllər sahibkara verilən və geri ödənilən kreditlər hesabına formalaşır. İl ərzində fond təxminən 140 milyon manata yaxın vəsaiti sahibkarlara təqdim edir. Baxmayaraq bütövlükdə Sahibkarlara Kömək Milli Fondunun fəaliyyəti, eyni zamanda Azərbaycanda sahibkarlara köməyin təklif edilməsi müsbət haldır, təəssüf ki, heç də bütün sahibkarlar həmin fonddan bərabər kredit ala bilmir. Bəzi hallarda Sahibkarlara Kömək Milli Fondundan 10 min manat almaq istəyən sahibkar illərlə gözləmək məcburiyyətində qalır. Amma qısa zamanda fəaliyyətə başlayan digər sahibkar fonddan bir neçə milyon manat vəsait ala bilir.
Bu da haqlı olaraq çoxlu suallar yaradır.
Ekspertlər deyirlər ki, yuxarıdakı məqamlar birmənalı şəkildə fondun vəsaitlərinin bölüşdürülməsində şəffaflıq prinsipinə tam olaraq əməl edilməməsi, eyni zamanda sahibkarlara vəsaitlərin əlçatanlığının aşağı səviyyədə olmasıdır. 
Digər problem məhz sahibkarların müvəkkil banklar tərəfindən tələb olunan sənədlərin hazırlanması ilə bağlı bilik və bacarıqlarının aşağı olmasıdır. Vəsait alınan zaman müvəkkil banklar biznes-plan tələb edir. Sahibkarların bilik və bacarıqları biznes-planı hazırlamağa imkan vermir ki, onlar fondun vəsaitlərini istifadə etməklə bağlı müraciət etsin. 
Bundan əlavə, sahibkarlar kreditlə təmin olunsa da fondun vəsaitlər üçün müəyyənləşdirdiyi orta illik faiz 6 faizdir. Praktiki olaraq faiz də yüksəkdir. Nəzərə alsaq ki, bu güzəştli kreditdir və bu məhz dövlət büdcəsi hesabına maliyyələşdirilən kreditdir, kommersiya krediti deyil, faiz də yüksəkdir. Faizin yüksək olması da sahibkarların həmin krediti istifadə etməsi ilə bağlı əlçatanlığına mənfi təsir göstərir. 
Şahin Mustafayevin nazirliyinin sahibkarlıq fəaliyyətinə maneələr yaratmasında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “rolu” qabarıqdır. Bu Xidmət əməkdaşlarından narazı olan iş adamlarının siyahısı kifayət qədər böyükdür. Mətbuat da bu mövzuda uzun müddətdir yazmasına baxmayaraq, adıçəkilən Dövlət Xidmətinin “əl-ayağını” yığmaq yalnız hökumətin məsələyə son vaxtlarkı müdaxiləsindən, xüsusilə prezidentin ölkədə sahibkarlıq fəaliyyəti ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarından, iş adamlarını incidən məmurlara qarşı sərt xəbərdarlıqlarından sonra mümkün olub.
Lisenziyaların verilməsi ilə bağlı ölkə başçısının məlum göstərişindən sonra bu istiqamətdə ilk addımların məhz Şahin Mustafayevin nazirliyi tərəfindən atılması da təsadüfi deyil. Bu nazirlik ağır lisenziya şərtlərindən uzun illər sahibkarlara qarşı sui-istifadə edib. Ş. Mustafayev dövlət rəhbərinin məsələ ilə bağlı kəskin fikirlərindən sonra əndişəyə düşmüş və dərhal lisenziyaların ləğvi yönündə qərar qəbul etmişdi. Şübhəsiz ki, bunda məqsəd nazirin öz postunu qorumağa çalışması və işçilərinin keçən müddət ərzində iş adamlarını incitmə hallarını arxa plana keçirmək istəməsidir.
Hər halda ümid edək ki, Şahin Mustafayevin nazirliyi də bundan sonra sahikarlıq fəaliyyətinə öz ənənəvi münasibətini dəyişəcək, Sahibkarlığa Kömək Milli Fondundakı qeyri-şəffaflıq və korrupsiya aradan qalxacaq, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işi müasir tələblər səviyyəsində qurulacaq, ən əsası isə ötən müddətdə iş adamlarına qarşı haqsızlığa yol verənlər üzə çıxarılıb layiqli şəkildə cəzalandırılacaq.

(unikal.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam