Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Çimərlikdə bunlara yoluxa bilərsiniz –DİQQƏTLİ OLUN

Yayda dəniz ən ideal istirahət yeri hesab olunur. Hər kəs sərinləmək üçün dənizə üz tutur. Ancaq bəzən tətil edənləri yalnız sərin su, yumşaq qum deyil, həm də suda və sahildə mövcud olan bir çox infeksiya gözləyə bilər.

Yenixeber.org xəbər verir ki, üzmək üçün yer seçərkən quşların məskunlaşdığı yerlərdən uzaq durulmalıdır. Əsasən də ördəklərin olduğu yerlərdən…  Çünki ördəklər serkaridoz deyilən xəstəliyin daşıyıcısıdır.

Yaxşı xəbər budur ki, bu parazitlər insanlara keçmir. Pis odur ki, onlar izsiz getmir, dəridə kiçik qırmızı qaşınma səpgisi buraxır.

Bundan əlavə, heyvanlar insanlara lentospiroz, yəni sarılığa səbəb olan bakterial infeksiya ötürür. Əgər buna yoluxmuş olsanız, dərhal həkimə müraciət etməlisiniz. Əks halda xəstəlik sağlamlığınıza ciddi zərər verə bilər.

Ən populyar infeksiyanın adı yüksək hərarət, ishal və qusma ilə xarakterizə olunan rotavirusa aiddir. Maraqlıdır ki, xəstəlik dərhal özünü hiss etdirmir. Yetkin biri üçün inkubasiya dövrü 15 saatdan bir həftəyə qədər davam edə bilər.

Onu da qeyd edək ki, üzgüçülük zamanı su udmaq qəti qadağandır. Əks halda siz lymblioz xəstəliyinə tutulma riskiniz var. Qarın ağrısı və ürəkbulanma kimi xarakterik simptomlar xəstəliyi "tanımağa" kömək edəcək. 
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam