Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır -FOTOLAR

“Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır

Sərfəli qiymətləri və sosial layihələri ilə bölgələrə xüsusi diqqət göstərən “Nar” bu dəfə Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində yüksək səviyyəli görüş keçirərək universitetlə ilk əməkdaşlıq layihəsinə start verib.

Yenixeber.org: Uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu çərçivəsində reallaşan ilk layihə “Nar”ın texniki heyəti tərəfindən texniki ixtisaslarda təhsil alan tələbələr üçün hazırlanan və keçirilən “Mobil rabitənin əsasları” təlimi olub.

Qabaqcıl mobil texnologiyalara hakim olan sənaye mütəxəssislərinin hazırlanması və onların ixtisasların uyğun karyera qurması məqsədilə keçirilən təlim tələbələrə öz nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməyə imkan verir.

Qeyd edək ki, “Nar” və Azərbaycan Texnologiya Universiteti bu ilin fevral ayında Anlaşma Memorandumu imzalayaraq telekom sahəsinin peşəkarlarını hazırlamaq istiqamətində əməkdaşlığa başlayıb. Əməkdaşlığın əsas məqsədi Azərbaycanın regionlarında da rabitə sənayesi və akademik təhsil arasında körpü quraraq ölkənin rabitə peşəkarlarını hazırlamaqdır.

“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam