Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır -FOTOLAR

 

Sərfəli qiymətləri və hər kəsə uyğun təklifləri ilə tanınan “Nar” təhsil istiqamətində uzunmüddətli sosial layihələrinə davam edir. Azərbaycanın mobil rabitə sahəsinin yerli peşəkarlara dayanaraq inkişaf etməsi üçün “Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün mobil rabitə təlimlərini davam etdirir.

Yenixeber.org: “Nar” və Azərbaycan Texniki Universitetinin (AzTU) 10 ilə yaxındır ki, davam edən əməkdaşlığı çərçivəsində universitetin texniki istisaslar üzrə təhsil alan tələbələri “Nar” texniki heyətinin təşkil etdiyi rabitə təlimlərində iştirak edir, “Nar” laboratoriyasında əyani dərslər keçir və “Nar”ın təcrübə proqramına qoşulur.

Qeyd edək ki, “Nar”ın texniki heyəti yerli peşəkarlardan formalaşır və bu tendensiyanı qorumaq məqsədilə, “Nar” ilin əvvəlində daha bir texniki istiqamətdə ixtisaslaşmış ali təhsil müəssisəsi – Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb.

“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam