Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Vəzifəli şəxs "Astoria Baku"da masajisti çimdiklədiyi üçün cərimələndi -İLGİNC

Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi "Astoria Baku" hotelində masajist qadına xəsarət yetirdiyi üçün saxlanılıb. 
Yenixeber.org: Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi idarəsinin inspektoru vəzifəsində çalışan Hüseyn İbrahimov (ad-soyad şərtidir) Nizami rayonu ərazisində yerləşən "Astoria Baku" hotelinə masajist kimi çağırdığı Zenfira Hümmətovaya (ad-soyad şərtidir) xəsarətlər yetirib.
Nəticədə Zenfiranın üz və boğaz nahiyələrində qızartılar yaranıb, paltarları cırılıb. Qadın bununla bağlı polisə şikayət edib. Nəticədə xidmət əməkdaşı saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157 maddəsi ilə (Bunlara aiddir - dişləmə, bədənin müxtəlif nahiyyələrini əzmə, çimdikləmə və s.) protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 
Məhkəmədə Hüseyn İbrahimov zərərçəkmiş şəxsə hər hanısa xəsarət yetirmədiyini bildirib. O, qadını masajist kimi çağırdığını bildirib. Qeyd edib ki, sonradan həmin şəxsin onun cibindən oğurluq etməsi ilə bağlı şübhələr yaranıb, cibindən götürülmüş 800 manat pulu geri tələb edib, bu zaman aralarında sözlə mübahisə yaranıb, lakin ona hər hansı xəsarət yetirməyib. Baş vermiş oğurluqla bağlı polisə müraciət edib, lakin sonradan ortaq tanışları xahiş etdiyi üçün şikayətini geri götürüb. Qeyd olunanlara əsaslanaraq inzibati xəta törətmədiyini, barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Hüseyn İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam