Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Yeni Oazis Restoran"da bitib tükənməyən problemlər -Qiymətlər nəinki əl yandırır hətta göz çıxarır

Bakıda bir neçə restoran və şadlıq evləri var ki, süni qiymət artımına görə ölkədə ciddi narazılığ yaradır. 

Yenixeber.org: Ölkəmizə gələn turst və qonaqlar bu məkanlara üz tutub istirahət edib hesabı ödədiyi zaman nəinki məkana adamı ölkəyə gəlməyinə peşman edirlər. 
Bunlardan biri də Bakının Səbayıl rayonu Gülbala Əliyev 24, ünvanda yerləşən "Yeni Oazis Restoran"-ıdır. Restoran haqqında internet üzərində kiçik araşdırma aparsaq adının kifayət qədər qalmaqallarda halandığına rast gəlmək olar. Davalardan tutmuş, keyfiyyətsiz xidmətə kimi...
Ölkə başçısı öz çıxışlarında hər zaman bildirib ki, süni qiymət artımı ilə bağlı çox ciddi ictimai-nəzarət olmalıdır. Bunu edən sahibkarlara qurumlar nəzarət etməsələr də, vətəndaşlar bu halları dərhal ictimailəşdirsin, etiraz etsin. Bu formada cəmiyyətdə süni qiymət artımı edənlərə qarşı ictmai-qınaq yaransın.
"Yeni Oazis Restoran"da qiymətlər nəinki əl yandırır hətta göz çıxarır. Bundan əlavə olaraq məkanda müştərilərə təklif olunan menyu qiyməti ilə verilən qidalar arasında yerlə göy qədər fərq var. Loru dildə desək, qiymət fantastik dərəcədə baha amma yemək-içmək keyfiyyətsiz.
Bundan əlavə müştərilərə xidmət olduqca zəifdir, nəsə sifariş edəndə 30-40 dəqiqə gözləməli olursan. Müştərilərə təqdim olunan qidalar da kefiyyətsizlik hiss olunur.
Məlumatlı mənbənin verdiyi məlumata görə, işçilərlə əmək müqaviləsi bağlanılmayıb, sonda hesabı ödəyərkən post terminal istəyəndə terminalda hansısa problemin olduğunu bildirirlər. Onun üçün də hesabı kartdan-karta ödəməyi məsləhət bilirlər. Bu da təbii ki vergidən yayınmaq deməkdir.
Onu da bildirək ki, bizim istər bu məkanlar istərsə məkanın rəhbərliyi ilə hər hansı problemimiz və yaxud da şəxsi qərəzliymiz yoxdur, biz sadəcə media prinsiplərinə uyğun olaraq daxil olan məlumatı oxucuların diqqətinə çatdırdıq.
Araşdırmaq isə təbii ki adiyyəti qurumların üzərinə düşür. Ümidvarıq məsələni araşdırıb hüquqi qiymət verəcəklər. (Azerbaycanreallığı)
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam