Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

“17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir?”-FOTOLAR

 

Bakıda apteklərdə dərmanların fərqli qiymətlərə satılması ilə bağlı növbəti dəfə şikayətlər var. İddia olunur ki, “Truksal” dərmanının satış qiyməti bir aptekdə 17.38 AZN, digərində isə 37 AZN-dir​.

Yenixeber.org xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Zamirə Dadaşova paylaşım edib. 

O bildirir ki, sözügedən dərmanın paytaxtdakı aptek şəbəkələrində təklif olunan qiymətləri arasında 20 manat fərq var: “Bu özbaşınalıq nə zaman sona çatacaq? Həyatımız xəstəliklərlə, dərmanlarla zəhərlənib gedir... İnsafınız olsun, 17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir?! O17 manatdan zatən qazanırsınız. 20 manat da əlavə qazanmaq istəyi nədir axı? Qorxmursunuz qanunlardan?”

Z. Dadaşova eyni gündə iki fərqli aptekdən alınmış dərmanın qəbzlərini də paylaşıb. Qəbzlərdən də aydın oluir ki, Nərimanov rayonunda "Loğman" aptekdə 17.38 manat olan dərman Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki "Vita" aptekdə 37 manata satılır. 

Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Truksal” dərman vasitəsinin qiymətinin yuxarı həddi  istehsalçının əsaslandırılmış müraciəti və Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla Tarif Şurası tərəfindən 37 manat müəyyən edilib. Təsdiq olunan qiymətlər yuxarı hədd olduğu üçün apteklər daha aşağı qiymətlərə dərmanların satışını həyata keçirə bilərlər.

Bu qiymətlərdən yuxarı qiymətə dərman vasitələrinin satışına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. İstehlakçılar belə hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən 2015-ci il iyunun 3-də imzalanmış sərəncamla Azərbaycanda dərmanlara vahid qiymət qoyulub. Sərəncama əsasən, dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılmalı, dərman qutularının üzərində onların qiyməti göstərilməlidir. Hesablama üçün 10 ölkədəki qiymətlər nəzərə alınıb. Bu ölkələr Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniyadır. 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam