Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“Tam Store” marketin yarımçıq fırıldağı… -Marketlər müştəriləri aldatmağa davam edirlər, ölçü götürən isə tapılmır

Yenixeber.org: Ötən yazılarımızdan birində bəzi marketlərin saxta endirim kampaniyasından bəhs etmişdik. Məqsədimiz, onsuz da ən müxtəlif üsullarla hər gün cibimizə girərək milyonlar qazanan marketləri neqativ hallardan çəkindirmək idi. Amma təəssüf ki, bəzi marketlər nəinki “ağıllanmaq” istəmir, əksinə, gözəl və rəngarəng plakatlarla “endirim” xəbərləri verib, alıcını aldatmaq üçün hər gün yeni üsullar icad edirlər. 

“Endirim” oyunu üzərində alıcıları aldatmaq istəyən mağazalardan biri də bazara nisbətən yeni daxil olan “Tam Store” marketlər şəbəkəsidir. Şəbəkə möhtəşəm “endirim” xəbərləri ilə insanları şirnikləndirib, mağazaya gətirməyi bacarır. Lakin müştəri bəzən almaq istədiyi hansısa “endirimli” məhsulun qiymətində heç bir endirimə rast gəlmir. Etiraz isə həmişə olduğu kimi, cavabsız qalır…

Bakı sakini Rafiq Muradov da “Tam Store”dakı “endirim” kampaniyasından şikayətlənir. O, deyir ki, mağazaların çoxunda saxta endirim taktikasından istifadə edirlər. Amma başqaları bunu incə formada etdiyi bir zamanda, “Tam store” ən kobud üsula əl atır.

“Martın 10-da metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yeni açılan “Tam market”in önündən keçirdim. Marketin pəncərəsinə endirim elanları yerləşdirildiyini gördüm. Məsələn, 2 kiloqramlıq “Harika” ununun qiyməti 50 faiz endirimlə 1 manat 67 qəpiyə düşmüşdü. Elanda yazılıb ki, 2 kiloqramlıq unu 6-12 mart tarixlərində bu qiymətə almaq mümkündür. Məni cəlb etdi, fikirləşdim ki, bayram öncəsi endirimdən yararlanım. Amma içəri girib həmin məhsulun rəfdə və eyni zamanda kassadakı fərqli (!) qiymətini gördükdə, xəyal qırıqlığına uğradım. Deməli, elanda göstərilir ki, məhsul 3 manat 34 qəpikdən 1 manat 67 qəpiyə düşüb. Amma rəfdə 3 manat 50 qəpik (!) qiymət qoyulub. Kassada isə məhsul 3 manat 34 (!) qəpikdir. Və bu, kampaniyanın bitmə tarixinə 2 gün qalmış baş verir. Qiymət fərqi digər məhsullarda da var. Məsələn, bir tanışım deyir ki, marketin Biləcəri filialında aldığı toyuq filesinin qiymətində də fərq olub və fərqi evdə aşkar edib. Niyə insanları aldadırlar?”

Məhsul kassada yoxlanılıb və endirim olmadığı aşkar edilib. Rafiq Muradov xəzinədardan və mağaza əməkdaşlarından niyə qiymət fərqi olduğunu soruşub. Onlar isə heç bir cavab verə bilməyiblər. Ardınca məsələyə mağazanın inzibatçısı qarışıb və bu məhsula endirim olmadığını bildirib. Ona mağazanın pəncərəsinə yapışdırılan elanı göstərəndə də susaraq cavab verməyib. Bu zaman mağaza əməkdaşlarından biri rəhbərliyin göstərişi ilə rəfdəki qiyməti yığışdırıb. 

Alıcının şikayətini aydınlaşdırmaq üçün sözügedən marketlə əlaqə saxladıq. Lakin “Tam Store”-nin nümayəndəsi Ülkər Xaliqova şikayəti rədd edərək, belə bir şeyin olmadığını, hətta şəkillərin köhnə olduğunu iddia edib: “Əmin olun ki, biz endirim mövzusunda çox həssasıq. Ümumən şəbəkə olaraq, yalan reklam yaymaq bizim üçün yolverilməzdir. Və heç vaxt bu cür reklamlara əl atmamışıq”.

Əməkdaşımız şəkillərin yeni olduğunu bildirəndən, çəkilişlərin vaxtını sübut edən dəlilləri (şəkillərin çəkilmə zamanı) göstərəndən, hətta inzibatçının “bu məhsul endirimdə deyil” dediyi video görüntünün olduğunu bildirdikdən sonra qarşı tərəf səssiz qalıb. Bir qədər sonra isə başqa bir məsul şəxs əməkdaşımıza zəng edib, həmin mağazadakı administratorun yeni gəldiyini, məsələdən xəbəri olmadığını və buna görə də yanlış anlaşılma olduğunu qeyd edib. Elandakı qiymətlə rəfdəki qiymət fərqinə gəldikdə isə bunun araşdırılacağını və problemin aradan qaldırılacağını bildirib. 

Əslində inzibatçının yeni və ya köhnə olmasının problemə heç bir aidiyyəti yoxdur. Endirim kampaniyasının elan edilməsi də, kassada məhsulun qiymətinin müəyyən edilməsi mərkəzləşdirilmiş formada tənzimlənir. Yəni, problemin səbəbi başqadır… 

Bu cür hallar qanunsuzluq sayılır və istehlakçının hüquqlarının pozulması deməkdir. İstənilən şəxs, bununla bağlı məhkəməyə müraciət edərək, marketdən mənəvi və maddi təzminat tələb edə bilər. Ona görə də, istehlakçılar bu vəziyyətlə qarşılaşdıqda qanun çərçivəsində hüquqlarını tələb edə bilər. 

Digər tərəfdən, aidiyyatlı qurumlar da insanları bu formada aldadan şəbəkələrə qarşı ölçü götürməyə borcludurlar.

Ölçü götürüləcəkmi?..(Pressklub)

Günay Elşən


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam