Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu il əhaliyə 3 milyard manatdan çox vəsait ödənilib

Bu ilin yanvar-iyun aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 695 mln. manat və ya 21,4 faiz çox olmaqla 3 mlrd. 941 mln. manat ödənilib. 

Yenixeber.org: Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. 

2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib və bu artım edildikdən sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olmaqla 14,7 faiz indeksləşdirilərək artırılıb. 

Həmçinin 2023-cü il üçün ehtiyac meyarının həddi artırılaraq 246 manata çatdırılıb ki, bu da ünvanlı sosial yardımın məbləğlərinin növbəti dəfə artması ilə nəticələnib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam