Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Vüqar Qurbanov iki milyon pul verib vəzifəyə gəlib? -Partiya sədri SƏRT DANIŞDI

Mövzunu şərh edən Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəyə pul verib gəldiyini deyir. Ona görə də, verdiyi pulun əvəzini çıxartmalı olduğu haqda hər yerdə danışır: “Vüqar Qurbanov bu sahədən anlayışı olmayan bir adamdır. Kabinetdə qeyri-adekvat işlərlə məşğuldur. Pulunu verib vəzifəyə gəldiyini deyir və buna görə də heç kimi saymır. Hətta bəzi yerlərdə 5 milyona qədər xərc çəkdiyini vurğulayır. Ona görə də, bu cür adamların belə vəzifələrə təyin olunması doğru deyil. Yaxşı ki, toya 5-6 milyard pul xərcləməyib”.

Hafiz Hacıyev belə məmurları vəzifədən kənarlaşdırmağın vaxtı çatdığını diqqətə çatdırıb: “Cənab Prezidentin apardığı siyasətin əleyhinə gedirlər, rüşvətə qurşanıblar, xalqı incidirlər. Ona görə də, görülən işlərə kölgə salan bu cür məmurlara qarşı tədbirlər görülməlidir. Onlar rüşvətlə pul qazanıb sonra da övladlarına milyonluq toy edirlər, artistlərə böyük pullar xərcləyirlər. Adama sual verərlər ki, bu qədər pulu Vüqar Qurbanov haradan alıb? Düşünürəm ki, TƏBİB heç kimə lazım deyil. Səhiyyə Nazirliyi var və bu, bəs edir. TƏBİB kimi qurumlar rüşvət ocağıdır. Hesab edirəm ki, bu cür hallara son qoyulmalıdır. Düşünürəm ki, Vüqar Qurbanov iki milyon pulu kimə verib vəzifəyə gəlibsə, məhz o adamlara güvənir. Bunu araşdırmaq lazımdır, o zaman həqiqətlər üzə çıxacaq”.(konkret.az)

Müşviq Tofiqoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam