Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Dənizin çəpərlənməsi Azərbaycan konstitusiyasına ziddir"

 

Paytaxt sakinləri Xəzər dənizi sahillərinin müyyən şəxslər tərəfindən qanunsuz çəpərlənməsindən narazıdırlar.

"Xeberinfo.com":   Elə bu səbəbdəndir ki, mediada dəniz sahilinin qanunsuz çəpərlənməsi, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı xəbərlərə tez-tez yer verilir. Lakin heç bir faydası yoxdur. Xalqın milli sərvətini özəlləşdirənlər öz işlərindədirlər, aidiyyatı qurumlar isə bu qanunsuzluğa göz yumur.

AzNews.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, dənizin çəpərlənməsi və bu qanunsuzluğa göz yumulması ayrı-ayrı şəxslərə qanunun şamil olunmamasının bir nümunəsidir:
“Dənizin çəpərlənməsi Azərbaycan konstitusiyasına ziddir. Dəniz xalqın sərvətidir. İnsanların dənizdən məhrum edilməsi onların konstitusion hüquqlarının pozulmasıdır. Bu ayrı-ayrı şəxslərə qanunun şamil olunmamasının bir nümunəsidir. Buna yol vermək olmaz. Dənizin insanlardan bu qədər məsafə olaraq ayrılması yalnış siyasətdir. Biz də dəfələrlə bunu təklif edirik, məsələni gündəmə gətiririk, amma təəssüf ki, heç bir xeyri, faydası yoxdur”. 

Millət vəkili bu qanunsuz əməllərdə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin də rol oynadıqlarını bildirib:
“Bu məsələdə bələdiyyələrin, icra hakimiyyəti orqanlarının da günahı var. Onlar müxtəlif şəxslərin belə qanunsuz əməllərinə göz yumurlar, onlara qarşı lazımı addımları atmırlar. Bu məsələ gündəmdə saxlanılmalıdır və öz həllini tapmalıdır. Ümid edək ki, gələcəkdə bu məsələyə müsbət mənada reaksiya veriləcək”.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam