Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qanun qəbul edənlər özləri qanunu pozur -HASARLANMIŞ XƏZƏR

 

2003-cü il yanvarın 13-də mərhum prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalayıb.

 

Yenixeber.org:  Sərəncamda deyilir ki, torpaq sahələrinin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. “Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb.

 

Prezident H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına tapşırıb ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.

 

Azərbaycan hökuməti prezidentin sərəncamını icra etmək əvəzində 5 il sonra Milli Məclisdə dəniz sahilindəki 130 metrlik zolağı “20-50” metrlik zolaq sözləri ilə əvəzlənməsinə nail olub. Belə ki, prezident İlham Əliyev 2008-ci il dekabrın 2-də “Torpaq islahatı haqqında” qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunu imzalayıb.

Qanunda artıq dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib.

Sənəddə deyilir ki, qanundan “dövlət məqsədləri üçün” sözləri çıxarılsın. “İstifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.

Məhz bundan sonra Xəzərin hasarlanması işi daha da sürətləndi.

Nəhayət 2016-cı ilin yanvarında Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliklərdən biri də Xəzərin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılmasını nəzərdə tuturdu. Layihə səsverməyə çıxarıldı və qəbul olundu. 

 

Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunmalı idilər. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunmalı idilər.

Milli sərvətimizin illərdir zəbt olunmasına baxmayaraq, nə hasarlamaya görə cəzalanan var, nə də gediş-gəlişi məhdudlaşdırdığına görə cərimələnən. Görünən odur ki, məmurların özlərinin təklifləri üzərinə qəbul edilən qanunlar onların özünə kar etmir. Və o da gün kimi aydındır ki, məhz bu istiqamətdə qəbul edilən qanunlar elə onları pozmaq üçün nəzərdə tutulub...

 

“Xəzəri hasarlamaq yox, təmizləmək lazımdır”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Modern.az-a deyib ki, cənab prezidentin xəbərdarlıq etdiyi məsələ parlamentdə də dəfələrlə müzakirə edilib:

“Xüsusilə yay mövsümündə dənizin hasarlanması gündəmə gəlir. Bəzi hallarda icra strukturları tərəfindən bu kimi neqativ halların qarşısı alınsa da, Xəzər hələ də hasarlanmış vəziyyətdədir. Dəniz hamımızındır, xalqın ümumi sərvətidir. Ona görə də Xəzəri hasarlamaq yox, onun təmizliyinə, ekologiyasının qorunmasına çalışmalıyıq”.

 

“Dəniz zəbt edilə-edilə gedir”

 

Məsələ ilə bağlı Modern.az-a danışan əməkdar memar Feyzulla Quliyev fikirlərinə mərhum prezident Heydər Əliyevin imzaladığı sərəncamı misal çəkərək başlayıb:

“İllər əvvəl mərhum prezident Heydər Əliyevin də dediyi kimi dənizdən 150 metr məsafədə heç bir şey olmamalıdır. Olan nə varsa, hamısı insanların ixtiyarına verilməlidir. Amma Xəzər zəbt edilə-edilə gedir. Sovet dövründə şimal tərəfi kurort zonas kimi layihələndirilmişdi. Hazırda şəhərin Şəhərsalma və Baş Memarlıq İdarəsində arxivdə də var. Ümumiyyətlə baş plan hazırlanarkən şəhəkənarı istirahət zonası ayrılır. Bu zonalar şənbə və bazar günləri insanların qısa müddətdə istirahət etməsi üçün nəzərdə tutulur. Amma bu gün həmin yerlər zəbt edilib və edilməkdə də davam edir. Cənab prezident İlham Əliyev də bu məsələ ilə bağlı haqlı iradlarını bildirib. Amma görünən odur ki, problem həll olunana oxşamır”.

 

“Xəzərin hasarlarını əllərimlə sökərəm”

 

Dünyanın bir çox ölkələrində şəhərsalma mədəniyyətilə tanış olan memar bildirib ki, 2009-cu il Böyük Bakının Regional İnkişaf Planında xarici mütəxəssislərlə işləyib:

“Avropa, keçmiş SSRİ məkanı və Azərbaycanı müqayisə edərkən görürük ki, o dövrdə də vəziyyət bu cür idi. Mən Qara dəniz, Soçi sahillərində istirahət etmişəm. Orada da dəniz hissələrlə kurort ərazisinə çevrilib. Sadə vətəndaşın birbaşa dənizə, yəni kurorta girmədən istirahəti qadağan idi. Türkiyənin Antaliya şəhərində də dənizkənarı istirahət yerləri ardarda düzülüb, amma arada sadə vətəndaşın da dənizdən istifadə etməsi üçün boş yerlər var.

Allah bizə bu cür şərait, təbiət, dəniz verib, amma biz ondan düzgün istifadə edə, yararlana bilmirik. Mən çox təəssüf edirəm. Deyim ki, memarlar yoxdur, yalan olar. Yeni nəsil də yaxşıdır. Amma onlar da görür ki, özündən əvvəlkilər şəhərin arxitekturasına biganədir, onlar da həmin yolu gedirlər. 1-2 iqlimi olan ölkələrdə insanların istirahəti üçün hər cür şərait yaradılır, amma zəngin təbiəti olan Azərbaycanda insanların istirahət haqqı əlindən alınır. Xəzərdən yalnız bir qrup insanlar yararlanır, həm pul qazanırlar, həm də istirahət edirlər. Mən dəfələrlə yazılı şəkildə müarciətlər etmişəm, amma bu müraciətlərə baxan da olmayıb. İnanın əlimdə olsa Xəzərin hasarlarını bu gün özüm əllərimlə sökərəm. Amma təəssüf ki, əlimdən bir şey gəlmir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam