Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycana 28 mindən çox əcnəbi səfər edib

 

İyun ayında Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişin daşımanın həcmi 280 min 405 nəfər təşkil edib ki, bunun da 228 min 182 nəfəri beynəlxalq, 52 min 223 nəfəri isə daxili reyslərin payına düşür.

 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Publika.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Rəsmi məlumata görə, İlk Avropa Oyunları zamanı Azərbaycana 28 mindən çox əcnəbi səfər edib. Avropa Oyunlarını izləmək üçün bilet alan əcnəbilərin böyük əksəriyyəti Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və BƏƏ-nin vətəndaşları olub.

 

Bakıda keçirilən ilk Avropa Oyunlarında 49 ölkədən olan 6000-dən çox idmançı iştirak edib.

 

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) AZAL rəhbərliyinə göstərilən xidmətlərə görə, təşəkkür məktubu göndərib. Məktubda qeyd edilib ki, ilk Avropa Oyunlarının rəsmi ev sahibi kimi Bakı Hava Limanının qarşısında indiyə kimi qarşılaşmadığı ən böyük əməliyyat və maddi-texniki tapşırıqlar dayanırdı.

 

“Heydər Əliyev Beynəlxalq Hava Limanı oyunlar zamanı və oyunlardan sonra görünməmiş sərnişin sayı və baqaj həcmi ilə üzləşdi. Hava limanı nəinki qısa zaman çərçivəsində çox sayda idmançının baqajı ilə birlikdə daşınmasının həyat keçirilməsi kimi unikal tapşırıqlarla üz-üzə qaldı, həm də işinin əvvəlki kimi maneəsiz davam etməsini təmin etməli idi. Bu, Bakıya belə möhtəşəm və unudulmaz oyunlar təqdim etməyə şərait yaradan proqramda əməyi keçən hər kəsin sadiqliyi, həvəsi və ağır əməyi demək idi. Tədbirin planlaşdırılmasına çox vaxt və səy sərf olundu və indi geriyə baxarkən, sadəcə mükəmməl görülmüş bir iş görə bilərik. Nəticə səmərəli, yaxşı planlaşdırılmış, gözəl koordinasiya olunmuş və resurslarla yaxşı təmin olunmuş işdən xəbər verir. Bakıda oyunların keçirilməsi təcrübəsi müsbət oldu və heç bir şübhə yoxdur ki, hava limanı oyunların vacib məqsədlərinin öhdəsindən gəldi və oyunların uğurlu keçirilməsinə öz töhfəsini verdi” - deyə BEGOC-un məktubunda deyilir.

 

Qeyd etmək lazımdır ki, ümumi sahəsi 65 min kvadrat metr olan yeni aerovağzal kompleksində uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanı təhlükəsizliyin yüksək səviyyədə olmasını, rahat şərait və keyfiyyətli xidmət göstərilməsini təmin edib. Burada sərnişinlərin rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilib, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam