Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polis rəisi orta məktəbdə dərs dedi

 

“Narkomaniyaya qarşı mübarizədə cəmiyyətin bütün üzvləri fərdi şəkildə mübarizə aparmalıdır. Çünki narkomaniya mənşəyindən və vəzifəsindən asılı olmayaraq hamı üçün təhlükəlidir”

 

"Xeberinfo.com":  Kəpəz TV-yə istinadən xəbərə görə, bu fikirləri Şəmkirdə yuxarı sinif şagirdləri ilə görüşdə rayon polis şöbəsinin rəisi Şükür Mehtiyev səsləndirib. Onun sözlərinə görə, rayonunda narkomaniyaya qarşı mübarizə tədbirləri ilbəil gücləndirilir və keçirilən bu cür görüşlər özünü müsbət tərəfdən doğruldur.
 
"Narkomaniyaya yox deyək" devizi altında keçirilən silsilə tədbirlərdə rayon polis şöbəsinin digər əməkdaşları da iştirak edərək şagird və müəllimlərlə görüşdə narkomaniyanın fəsadları haqqında eyni zamanda erkən nikahın fəsadları haqqında məlumat verilib.
 
Şəmkir rayon Polis Şöbəsinin rəis müavini Yaşar Hüseynov gələcək nəsli ağ ölümdən qoruma yollarından danışıb.
 
Görüşdə gənclərin erkən nikaha cəlb olunması ilə bağlı da müzakirələr aparılıb. Erkən nikahın sonradan yaratdığı fəsadlar və yol açdığı problemlər ətraflı təhlil edilib.
 
Qeyd edək ki, bu cür görüşlər tədris ilinin sonunadək rayonun bütün kənd və qəsəbələrində davam etdiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam