Nazirlə İcra başçısı arasında qarşıdurma
Heydər Əsədovun Ağstafada apardığı yoxlamadan sonra məlum olub ki, bu rayonda subsidiyaların təqribən yarısı ayrı-ayrı məmurlar tərəfindən mənimsənilir.
"Xeberinfo.com": Bütün bu məlumatların nazir tərəfindən prezidentə məruzə ediləcəyindən ehtiyatlanan Məhərrəm Quliyev özünü sığortalamağa cəhd edib.
Bu barədə AzMedia.info-ya Ağstafadan daxil olan məlumatda bildirilir. Məlumata əsasən əkin sahələrinin hektarı şişirdilməklə yanaşı, həmçinin 50 faiz endirimlə kəndliyə satılacaq olan gübrələr qara bazarda satılmaqdadır.
Qeyd edək ki, hər il Ağsatafa rayonunda 16-17 min hektar taxıl sahəsi əkilir. Əkilən sahələrin bir qismi qarğıdalı olsa da, rayonda əsasən buğda əkilir. Yəni faktiki olaraq hər il 16-17 min hektar üçün Ağstafa rayonuna güzəştli qiymətlə gübrə ayrılır. Mənbə bildirir ki, hər il Ağstafa rayonuna təqribən 4,5 min ton gübrə ayrılır və bu gübrələrin qara bazarda satılmasından hər il 200 min manatdan artıq gəlir əldə olunur. Nəticədə isə acstafalılar gübrəni iki dəfə baha qiymətə almağa məcbur olurlar. Amma buna baxmayaraq Məhərrəm Quliyev və ətrafı hər il yüz min manatlarla qanunsuz gəlir əldə edirlər.
Rayon icra hakimiyyətləri başçıları tərəfindən dövlətin ayırdığı güzəştli qiymətli gübrələrin qara bazarda iki qat artıq qiymətə satdırılması isə kənd təsərrüfatı naziri Heydər Əsədovu çilədə çıxarır. Nazir buna görə kənd təsərrüfatının inkişafının qarışısının alıdığına və məhsulun maya dəyərinin süni surətdə artırılmasına inanır. Ona görə də icra hakimiyyətlərinin bu «təxribat» xarakterli «gəlir yerlərini» qapatmağa çalışır. Lakin bütün səylərinə baxmayaraq, nazirin bu səyləri nəticəsiz qalır. Çünki yerldə özlərini «kiçik padişahlar» kimi aparan icra başçıları «bildiklərini atalarına vermirlər». Elə bu üzdəndə nazirin demək olar ki, əli hər dəfə boşa çıxır.
Ağstafadan daxil olan məlumata görə, Kənd Təsərrüftaı Nazirliyinin apardığı yoxlamalardan təşvişə düşən Məhərrəm Quliyev at gedişi etmək məcuriyyətində qalıb. Belə ki, icra başçısı komitssiya yaradaraq bəzi icra nümayəndələrini özü yoxlatdırıb və bir neçə subsidiya maxinasiyası üzə çıxartdırıb. Ortaya çıxan faktlar isə rəsmləşdirilib və sənədlər prokurorluq orqanlarına göndərilib. Mənbə bildirir ki, Məhərrəm Quliyev bu qabaqdan gəlmişliyi nazir Heydər Əsədovun vəziyyəti prezidentə məruzə edəcəyindən qorxducu üçün edib və bu yolla icra başçısı özünü sığortalamağa cəhd edib.
Məlumatda qeyd olunur ki, prokurorluq orqanlarına göndərilən subsidiya maxinasiyası sonradan Məhərrəm Quliyevin özünün köməkliyi ilə yoluna qoyulub. Bir neçə icra nümayəndəsinə və bələdiyyə sədrinə töhmət verilib. Amma əsas odur ki, Məhərrəm Quliyev özü üçün «dahdan keçən» sənəd yaradıb.
Xatırladaq ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli, 32 nömrəli qərarı ilə tənzimlənir. Həmin normativ-hüquqi akta görə, gübrə fermerlərə 50 faiz güzəştlə satılmalıdır. Hər hektar əkin sahəsinə görə də 300 kiloqrama gübrə müəyyən edilir. Güzəştli qiymətlərlə mineral gübrə əldə etmək istəyənlər gübrələrin növünü və çəkisini göstərməklə, yerli kənd ərazi komissiyası tərəfindən təsdiq edilmiş ərizə ilə satıcıya müraciət etməlidir. Ərizəyə mülkiyyətində və ya istifadəsində əkin sahəsinin olmasını təsdiqləyən sənədlərin surətini və yetişdirilməsi nəzərdə tutulan bitki növləri və ya mövcud əkinləri barədə zəruri məlumatları əlavə etməlidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
AzMedia.info