Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda uşağını qonşuya tapşıran valideynlər ondan imtina ediblər -araşdırma aparılır

Bakıda uşağını qonşuya tapşıran valideynlər ondan imtina ediblər, araşdırma aparılır

Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynlərinin tapılması istiqamətində araşdırmalara başlanılıb.

Yenixeber.org: Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, artıq məsələ ilə bağlı aidiyyatı qurumlar da məlumatlandırılıb.

O bildirib ki, sığınacağa 2 yaşlı uşağın yerləşdirildiyi barədə Dövlət Komitəsinə məlumat verilib.

Məlum olub ki, azyaşlı valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib. Amma sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib.

"Məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir", - T.Mərdanoğlu əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam