Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət Komitəsi:Azərbaycanda qaraçılar tərəfindən uşaq oğurlanmasına rast gəlinməyib

Dövlət Komitəsi: Azərbaycanda qaraçılar tərəfindən uşaq oğurlanmasına rast gəlinməyib

“Bu günə qədər Azərbaycanda qaraçılar tərəfindən uşaq oğurlanmasına rast gəlinməyib”.

Yenixeber.org:  Bunu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, uşaqların qaraçılar tərəfindən oğurlanaraq uşaq əməyinə və ya hansısa fəaliyyət növünə cəlb edilməsi ilə bağlı Dövlət Komitəsinə hər hansı müraciət daxil olmayıb.

P. Əliyev bildirib ki, Dövlət Komitəsi tərəfindən qaraçılarla bağlı dəfələrlə tədqiqat-araşdırma aparılıb: “Biz onların kompakt yaşadıqları yerlərdə də monitorinq aparmışıq. Qaraçı ailələrində olan uşaqlar onlar tərəfindən dünyaya gətirilən uşaqlardır. Monitorinqlərimiz zamanı da qaraçı ailələrində kənardan götürülmə uşaqlara rast gəlinməyib”.

Dövlət Komitəsinin rəsmisi onu da vurğulayıb ki, 3 yaşlı Zəhra Bağırzadənin qaraçılar tərəfindən qaçırılması hələ rəsmi təsdiqini tapmayıb, bu, ilkin ehtimaldır: “Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırma tam başa çatdıqdan sonra hər şey məlum olacaq”.

Xatırladaq ki, iyunun 4-də evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan 3 yaşlı Z. Bağırzadə ötən gün tapılaraq ailəsinə verilib. Z. Bağırzadəni  Masallı rayon sakini Təzəgül Nəzərovanın qaçırdığı məlum olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam