Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şagirdin döyülməsi ilə bağlı araşdırmalar başlanıldı

Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyn zorakılığına məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

Yenixeber.org: Məlumata görə, Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

O bildirib ki, faktla bağlı Yasamal Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir:

“Bununla bağlı bağlı Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Hətta bütün məlumatlara malikik, sadəcə olaraq, hadisə ilə bağlı araşdırmalardan sonra yekun məlumat veriləcək”.

Qeyd edək ki, aprelin 15-də Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan ibtidai sinif şagirdi müəllimlərdən birinə müraciət edərək ayaqlarının ağrıdığını bildirib. Şagirdin bədəninə baxış keçirilən zaman onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələrin olduğu müəyyən edilib. Uşaq evdə atası tərəfindən döyüldüyün etiraf edib. Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunub və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.(report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam