Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“ÖZBAŞINA DEYİLƏM Kİ, ŞUŞADA EV TİKDİRİM...” –İcra başçısı

“Şuşada gedən bərpa və yenidənqurma işlərindən xəbərim var. Şuşaya gedəndə orada aparılan işlərlə yaxından tanış oldum, bərpa işləri sürətlə davam etdirilir”

Yenixeber.org: Bu sözləri  Şuşanın icra başçısı Bayram Səfərov deyib. O xatırladıb ki, müharibədən sonra Şuşada yerləşən ata evini tapıb:

“Gedib evimizi ziyarət etdim, baxdım. Dağılıb... Bərpa etməyi arzulayıram. Göstəriş necə verilərsə, ona uyğun bərpa edəcəyəm. Bilirsiniz ki, Şuşanın planı hazırlanıb, özbaşına deyilik ki, istədiyimiz kimi haranı isə qurub düzəldək, nə isə tikək. Ali Baş Komandanımız Şuşanın bərpasına çox önəm verir, müvafiq tapşırıqlarını verib, o qədər zəhmət çəkilib. El necə, mən də elə... Məsləhət nə olsa, ona uyğun işimizi görəcəyik.

Şuşaya gedəndə ən təsirləndiyim elə torpağımı yenidən görməyim oldu. Ən gözəl iş Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi idi. Dağıntılar var. Nə edək?! Hamısı erməni vandalizminin sübutudur. Əsas odur torpaqlarımızı geri qaytardıq, özümüz də bərpa edəcəyik”.

İcra başçısının sözlərinə görə, artıq şuşalılar doğma yurdlarına qayıtmaq istəyirlər: “Amma onların istəyi ilə deyil ki... Orada yaşamağa şərait olmalıdır, uşaqların məktəbdə oxumağı üçün təhsil müəssisələri qurulmalıdır, tibb xidməti təmin edilməlidir, bütün vacib işlər görülməlidir. Ölkə rəhbəri nə zaman qərar qəbul edərsə, əhalinin Şuşada yeni tikilən evlərdə məskunlaşması üçün şərait olacaqsa, onda şuşalılar ora köçəcəklər”.

Şuşa şəhərinin açıq muzey olduğunu vurğulayan Bayram Səfərov bərpa-quruculuq işləri ilə bağlı təkliflərini də səsləndirib: “Mən istərdim ki, görkəmli şəxsiyyətlərimizin oradakı ev muzeyləri, digər mədəniyyət nümunələri elə bərpa edilsin ki, tarix və müasirlik qovuşsun. Bütün Şuşaya gələn qonaqlar şəhərin qədim tarixini görə bilsinlər və bu günü ilə müqayisə etsinlər.

Sentyabrın 18-i Şuşada Musiqi Günü ilə bağlı yüksək tədbirlər keçiriləcək. Yəqin ki, artıq xarici qonaqlar üçün tanıtım lövhələri qurulub, şəhərimizin ermənilərdən qalan çirkabı təmizlənib, dağıntılar yığılıb. Xarici qonaqların daha gözəl Şuşa ilə qarşılaşacağına inanıram. Dəvət olunsam, mən də festivala qatılacağam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam