MƏMURLARIN EYBƏCƏR SİFƏTLƏRİ...
Yenixeber.org: Koronavirus bütün dünyanı iflic eliyən kimi Azərbaycanı da iflic elədi. İqtisadiyyat zəiflədi, insanlar qoğmalarından, qohum-əqrabalarından, dost- tanışlarından, məclislərdən ayrı düşdülər. Ölkədə xəstəliyin qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah deyilən bir qurum yaradıldı.Və gözünə döndüyüm bu qərargah da məmləkətdə karantin rejmini tətbiq elədi. Ölkədə nəyin olar,olmazını qərargah təyin etdi. Uzun müddət rayonlara avtobusla gedib gəlməyi qadağan elədi. Kəndimizə- kəsəyimizə gediş- gəlişdən də məhrum olduq. Bu bir ay deyil,beş ay deyil,bir ilə yaxın çəkdi.İşbazlar bundan yaxşıca faydalandılar.Şəxsi avtomobillər Pandemiyadan qabaq bir sərnişini rayonlara 8-10 manata aparırdılarsa, indi 20-30, hətta bundan da xeyli artıq qiymətə aparmağa başladılar. Vaxt uzandıqca darıxmağa,üzülməyə, bezməyə başladıq. İnsan olaraq yaşamaq ümidimizi itirdik, intihar elədik. Müdhiş, qorxulu bir hadisəylə üzləşdik. Qaş-qabağımız açılıb üzümüz gülmədi. Oprativ Qərərgahın,TƏBİB- in gündəlik xəbərlərini dinlədikcə ölümümüzü gözümüzün önünə gətirdik.Həyatın bu qədər eybəcər və amansız olduğuna lənətlər yağdırdıq.
Uzun sürən qadağalardan sonra Operativ Qərargah yumuşalmalar elədi. Metronun fəaliyətini bərpa elədi, rayonlara avtobusların işləməsinə icazə verdi. Və bu xəbəri Tv-lərdən xalqa çatdıranlar bildirdilər ki, sərnişinlər tibbi yoxlamadan keçiriləcək, yüksək hərarəti olan sərnişinlər avtobusun salonuna buraxılmayacaq, maskadan istifadə olunacaq. Kiçik məhdudiyyətlərə baxmayaraq çox sevindik, bir- birimizə göz aydınlığı verdik. Zarafat deyildi, dirimizi yoluxa, ölümüzü ziyarət edə bilmirdik.Minlərlə sevinənlər arasında mən də varıydım. İyul ayında rayonda mərhum qardaşımın ilində olmalıydım. Ayın 14-ü saat 10 radələrində Beynəlxalq Avtovağzalın bilet kassasından Bakı- Qırmızı Körpü (niyə Qırmızı Körpü?) avtobusuna 3 ədəd bilet aldım. Biletin qiyməti 11 manat 90 qəpikdir. Kassir qalıq kimi mənə 30 qəpik qaytardı. Gözlərimə inanmadım və heyrətləndim. Məgər, bizdə də müştəriyə pulun qalığı qaytarılır?! Özü də harda- harda rayonlar arası işləyən nəqliyyatda?! Nə isə avtobusun salonuna daxil olmamışdan maskalarımızı taxdıq. Avtovağzal rəsmisinin dedyi yoxlama yox idi. Salonda bizdən başqa kimsədə maska yox idi. Yerimizdə oturub avtobusun yola düşməsini gözlədik.Avtobus biletdə göstərilən vaxtdan nə az,nə çox düz yarım saat gec yola düşdü. Sərnişinlərdən kimsə də buna öz iradını bildirmədi. Onsuz da qulaq ardına vuracaydılar. Görünür həmişə belə olub və həmişə də belə olacaq.
Lökbatan dairəsində avtobus saxladı, salondakı boş yerləri doldurmaq lazım idi. Burda avtobusa iki qadın və iki körpə uşaq və bir neçə sərnişin mindi. Sürücünün köməkçisi onları yerbə-yer edəndən sonra başlarının üstünü kəsdirib gediş haqqını istədi. Qadınlar danışıqlarından hiss elədim ki, Tovuza gedirlər. Amma Sürücünün köməkçisi onlardan adam başına 12 manat vermələrini tələb elədi. Yaşlı qadın deyəsən o biri qadının anasıydı. Etiraz elədi. Amma bilmirdi ki,bizdə etiraz qəbul edilmir. Yol boyu sürücünün qarasınca danışdı, sərnişinlərdən çoxsu qadını çox danışdığına və iki manatın göynərtisini yaşadığına görə məzəmmət elədi. Nədənsə biz həqiqəti danışanı həmişə boşboğaz və dəli adlandırmışıq. Axı niyə?! Məyər həqiqət, ədalət bu qədər qəbul edilməzdir?
Rayonlara gediş- gəliş açılacaq xəbəri çıxanda sosal şəbəkələrdə, saytlarda saysız məlumatlar yayıldı ki, bəs deməsənmi rayonlara gediş haqqı artıralacaq. Avtovağzalın sözçüsü xanım Tv ekranlarından bəyan elədi ki, yayılan xəbərlər həqiqətə uyğun deyil.Heç bir qiymət artımından söz gedə bilməz. Bəs onda bu nədir?! Pandemiyadan qabaq Qazaxa- Sınıq Körpüyə biletin qiyməti 10 manatdan yuxarı deyildi. İndi nə oldu? Bir də normal ölkələrdə bütün nəqliyyat növlərində qiymət məsafiyə görə təyin olnur. Bunu hər kəs bilir.Soruşula bilər əcabə, eləsə bəs bu bizdə niyə belədir? Ona görə ki, bizim ölkədə qanunlar kağız üzərindədir, ölkə meydandır hər anasının əmcəyini kəsən məmur atını bu meydanda çox sürətlə çapa bilir. Heç bir maniə də yoxdur. Mən Qazaxa yox, Şəmkirə, Tovuza,Akıstafıya gedirəmsə, bileti niyə Qazaxa
kimi almalıyam. Məgər mən dəliyəm, ağlımı itirmişəm ki, halal pulumu heç nədən itirim.Bunu hansı şəhəfsiz fikirləşib? Axı bu heç bir məntiqə sığmır!
Son vaxtlar (bu həmişə belə olub) ölkədə baş verən hadisələr adamda belə təsəvvür yaradır ki, bizdə qanun deyilən şey yoxdur. Amma o var. Kimlər üçün olduğu da gün kimi hər kəsə aydındır. Kasıb ayağını qanundan bir qarış qırağa qoyan kimi polis,məhkəmə üstünə elə düşürlər ki, yarandığına peşman edirlər. Burdan da belə qənaətə gəlmək olur ki, qanunun aliliyini qorumaq, ona əməl eləmək ancaq sadə vətəndaşa aidir. Gündə nə qədər rüşvətə, korrupsiyaya görə iridən iri məmurlar tutulur. Ancaq tutulan məmurların sonrakı taleyi haqqında kütləvi informasiya vasitələri xəbər vermir. Bəlkə də onlar özləri kimi rüşvətxorları yığdıqlarında verib rahatca evlərində və yaxud da xarici ölkələrin hansındasa aldığı villasında yaşamağına davam edir.Beləcə qanunların ikili tətbiqindən vətəndaşlarda hakimiyyətdən narazılıq yaranır, dövlətə olan inamı itir.
Qanun hər bir ölkənin güzgüsüdür. Ölkənin böyüklüyü,demokratikliyi o güzgüdən görünür. Beləcə ölkəyə xarici münasibət də müxtəlif olur. Ölkədə çalışan məmurların yüzdə 90 %-i rüşvətxordu,korrupsiyaçıdır. Kim inanmırsa yönünü məmur qapısından salsın. Görsün xırda və düz işini yoluna qoymaq üçün məmur ondan nə qədər rüşvət istəyir. Bizdə hər məmur dövlət üçün yox, özü və 7 arxa dönəni üçün çalışır. Onun üçün dövlət, millət anlayışı yoxdur. Varlanmaq, zəngin olmaq anlayışı var.
Məhərrəm Şəmkirli: xüsusi olaraq yenixeber.org üçün.