Media Klubu internet medianın problemlərini müzakirə etdi– FOTOLAR
Bu gün Media Klubunun (MK) növbəti toplantısı keçirilib. Toplantıda “İnternet media: problemlər və perspektivlər” mövzusunda MK-nın üzvü, qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət məruzə ilə çıxış edib
Yenixeber.org: Ölkədə internet medianın dəqiq statistikası mövcud olmasa da, təxmini hesablamalara görə, ölkədə 300-dən yuxarı xəbər saytı var.
Məruzəçi internet medianın problemlərini bir neçə qrupa ayıraraq, ilk növbədə qanunvericilik sahəsinə toxunub:
“Media Klubunun ötən toplantısında ekspert Ələsgər Məmmədli bu mövzuda ətraflı hesabatla çıxış edib. Hesabatda bildirilirdi ki, 2007-ci ildən KİV haqqında qanuna 13 dəfə məhdudlaşdırıcı xarakterli dəyişikliklər edilib. 2017-ci il fevralın əvvəllərində İnternet mediaların bloklanması və bağlanması üçün hüquqi əsas yaradılıb. Bütün bunlar Rabitə Nazirliyinə saytları bloklamaq imkanı verib. Həmin dövrdən ölkədə 40-dan çox sayt bloklanıb”.
Məruzəçi çıxışında internet medianın digər problemləri kimi xəbərlərin əhatə dairəsi və məzmun-mövzu probleminə, internet medianın maddi-texniki bazasının zəif olmasına, reklam bazarının monopoliyada olmasına, habelə server-təhlükəsizlik və kadrların hazırlıq səviyyəsinə toxunub.
Azərbaycanda medianın əksəriyyəti resursların saxlanması üçün xarici servislərdən, o cümlədən AFR və ABŞ serverlərindən istifadə edir. Bu, xaricə böyük vəsait axmasına gətirib çıxarır. Bu, saytların açılmasının sürətinə, xidmət keyfiyyətinə də təsir edir.
Azərbaycanda bu sahədə özəl şirkət, demək olar ki, yoxdur. Eyni zamanda, 2000-ci ildən fəaliyyət göstərən, Qafqazda ən böyük Data mərkəzə malik olan Delta Telekom şirkəti imkanlarının 10%-dən istifadə edir.
2016-cı ildə Rabitə Nazirliyi nəzdində açılmış Regional Data və beynəlxalq kommunikasiya mərkəzi əsasən dövlət qurumlarına xidmət edir, özəl qurumlara təklif olunan qiymətlər isə rəqabətədavamlı deyil.
Serverlərin xaricdə olması on-layn medianı kibertəhlükəsizlik nöqteyi-nəzərdən zəif edir.
Ölkədə həmçinin İT sahəsində informasiya təhlükəsizliyi və texniki xidmət sahəsində peşəkar kadr çatışmazlığı da hiss olunur.
Onlayn medianın reklam bazarı da məhdudlaşdırılıb, bu da iqtisadiyyatın inhisarlaşması ilə bağlıdır. İnternet-medianın saxlanması sahəsində də böyük problemlər var. İfadə azadlığının məhdudlaşdırılması, zəif maddi-texniki baza həm əhatədə, həm də məzmunun keyfiyyətində əksini tapır.
Bir çox media ifadə və informasiya əldə etmək azadlığının məhdudlaşdırılmasına görə kriminal, məişət zorakılğı və “sarı” xəbərlər hesabına oxucu yığmaq məcburiyyətindədir.
İctimai-siyasi mövzularda, demək olar ki, debat yoxdur. Məzmunun məhdudluğuna görə bir çox saytlar bir-birinə oxşayır.
Jurnalist araşdırmaları, reportaj kimi janrlar, demək olar ki, yoxa çıxır. Zəif maddi-texniki baza ilə əlaqədar Azərbaycan internet-medialarının informasiya yaymaq üçün müasir texnologiyalar – mobil proqramlar, 3D texnologiyalar əsasında multimedia xidmətləri, istənilən qurğulara uyğun olan dizaynlar və s. əldə edə bilmirlər.
Məruzədən sonra dəyirmi masa iştirakçıları fikir mübadiləsi apardılar. Aparıcı Arif Əliyevin “Vəziyyətdən çıxmaq üçün hansı addımlar atılmalıdır?” ritorik sualına cavab olaraq iştirakçıların əksəriyyəti dövlətin kütləvi informasiya vasitələrinə, o cümlədən internet mediaya münasibətdə siyasətinin dəyişdirməsinin vacibliyini bildirdilər.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, KİV-in bu problemə uzun illər davam edən konstruktiv münasibət təcrübəsi uğursuz olub. Çünki bütün bu təşəbbüslər Prezident Administrasiyası tərəfindən qəbul edilməyib.
“2005-ci ildə mətbuatın sağlam inkişafına dəstək üçün Bakı Mətbuat Klubunu yaratdıq, ancaq Prezident Administrasiyası bu strukturu dağıtmaq üçün təsisçilərə dərhal təzyiq göstərməyə başladı. Sonra bizim təşəbbüsümüzlə eyni məqsədlə Mətbuat Şurası yaradıldı. O da PA-nın müdaxiləsi nəticəsində Azərbaycan mediasının böhranının təcəssümünə çevrildi. Sonra Prezident yanında KİV-ə Dəstək Fondunun yaradılması təşəbbüsünü irəli sürdük, nəticədə o, böyük bir təşkilata çevrildi, amma mətbuatın inkişafı üçün heç nə etmədi”, – deyə M.Əliyev qeyd edib.
Əliyev xatırladıb ki, ötən il iki oxşar təşəbbüslə çıxış edib, lakin elə ilk təşəbbüsdən sonra həbs olunub.
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, əslində internet medianın problemləri ilə çap medianın problemləri oxşardır, sadəcə dəyişən informasiya daşıyıcısıdır. Elçin bəy onu da əlavə edib ki, şəxslərin dəyişməsi ilə problemlərin həll olunacağına inanmır, yanaşma dəyişməlidir.
“Strateq.Az” saytının rəhbəri Elxan Şükürlü isə məruzə ətrafında çıxış edərkən, internet medianın problemi kimi daha iki məqama diqqət çəkib: “Bunlardan biri reket mediadır. Biz jurnalistikanın şərəfini qorumalıyıq. Biz özümüz də bu saytların qanun çərçivəsində bağlanmasında, medianın bu çirkabdan təmizlənməsində maraqlı olmalıyıq. İkinci məsələ isə odur ki, bu gün internet mediada Azərbaycan dili biabırçı bir şəkildə korlanır. Nə qrammatik qaydalara, nə ədəbi dil normalarına əməl olunmur. Yaxşı olar ki, bu məsələ ilə bağlı da ayrıca müzakirə keçirilsin, lazım olarsa bir komissiya yaradılsın, monitorinq aparılsın”.
Media eksperti Qulu Məhərrəmli, müstəqil jurnalist Aydın Canıyev və başqaları da məruzə ətrafında çıxış edərək öz fikirlərini bildiriblər.