Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq-Şirin Cəfəri

​ ​

Bu günlərdə “Medianın İnkişafı Agentliyi”nin icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə müraciət edib.

Yenixeber.org: O, “Real TV”yə müsahibəsi zamanı jurnalistlərlə birlikdə hər cür müzakirələrə ​ hazır olduğunu vurğulayıb və onu da qeyd edib ki, “Agentlik olaraq media subyektləri, jurnalistlər və KİV sahəsində çalışan ekspertlər tərəfindən verilən bütün təkliflərə, müzakirələrə hər zaman ​ açığıq. Bir sözlə, onların təkliflərini müzakirə etməyə həmişə hazırıq və istərdik ki, onlar bu istiqamətdə səylərini əsirgəməsinlər”. Biz də belə bir çağırışı nəzərə alırıq və “Medianın İnkişafı Agentliyi”nin rəhbəri tərəfindən irəli sürülən təklifi alqışlayırıq. Azərbaycan mətbuatında fəaliyyət göstərdiyim 23 illik təcrübəmi əsas tutaraq, mən də bu yöndə müəyyən təkliflərimi irəli sürməyə hazıram. Əgər adı çəkilən quruma rəhbərlik edən Əhməd İsmayılov media sahəsinə aid məsələləri müzakirə etmək üçün məni də dəvət edərsə, o halda edilmiş təklifi məmuniyyətlə qəbul edərəm. Əsas odur ki, ictimai-siyasi həyatımızda medianın fəaliyyəti şəffaf olsun və Prezidentin KİVDF-dən sonra yaratdığı qurum hansısa qüvvələr tərəfindən “monopoliya”ya alınmasın. İnanıram ki, Əhməd İsmayılov gənc kadr olaraq, əvvəlki komandanın yolunu davam etdirməyəcək və o, Azərbaycan mətbuatının​ inkişaf etdirilməsi üçün lazımi addımlarını atacaq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam