Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fazil Məmmədovun “vergi səfərbərliyi”nə qarşı oliqarxlar üsyan qaldırır

 

Fazil Məmmədovun fürsətdən yararlanaraq ayrı-seçkilik salması, “vergi səfərbərliyi” prosesində “ogey-doğma” bölgüsünün aydın nəzərə çapması onun davranışı ilə bağlı şikayətlərə səbəb olub

 

"Xeberinfo.com":   Dünya bazarında neftin qiymətinin azalması, büdcə gəlirləri “qara qızıl”ın ixracı hesabına formalaşan bir çox ölkələrdə olduğu kimi, Azərbaycan iqisadiyyatına da təsirsiz ötüşmədi. 2014-cü ilin sentyabrından neftin qiymətinin hiss olunacaq dərəcədə aşağı düşmə prosesi noyabrdan daha da sürətləndi. Neft gəlirlərinin azalması və prosesin uzunmüddətli xarakter alacağının yəqinləşməsi hökuməti milli valyutanın devalvasiyası ilə bağlı qəfil qərarın qəbuluna məcbur etdi: fevralın 21-də Azərbaycan manatı ABŞ dollarına nisbətdə 34 faiz ucuzlaşdı.

Azərbaycan manatının devalvasiyası hökumətə büdcədə tarazlığın qorunması ilə bağlı müəyyən manevr imkanları verdi. Bununla belə, azalan neft gəlirlərinin kompensasiyası problemi qarşıda dururdu. Hökumət çıxış yollarından biri kimi, inzibati üsullara üstünlük verməklə özəl sektordan vergi daxilolmalarının artırılması taktikasını tətbiq etdi. Ötən ilin sonundan etibarən, özəl sektordan vergilərin toplanması (cərmələmə) prosesi indiyədək müşahidə olunmayan sərtliklə aparılmağa başladı. Azərbaycan cəmiyyəti zaman-zaman bu cür “vergi səfərbərliyi”nə öyrəncəli olsa da, bu dəfə imtiyazlıların kənarda qalmaması, oliqarx məmurların nəzarətində olan şirkətlərin prosesə cəlb olunması, heç kimə aman verilməməsi diqqət çəkdi.

Hamı, xüsusən oliqarxlar başa düşürdü ki, hökumət məcburiyyət qarşısında bu addıma gedib və proses bütün ölkəni və təbəqələri əhatə edir. Bu baxımdan, “vergi səfərbərliyi”nin ümumilikdə rəvan getdiyini söyləmək olar. Xüsusən, oliqarx məmurların əksəriyyəti nəzarətlərində olan biznes strukturlarının müəyyən olunan məbləğlərin verilməsi ilə bağlı ciddi problemlər yaratmadığı, yaxud buna ürək eləmədikləri müşahidə olunur. KİV-ə sızan məlumatlardan aydın olur ki, bu prosesdə könüllü olaraq daha çox pay verməyə çalışanlar, həmçinin sövdələşmə aparmağa çalışan, xəsislik nümayiş etdirənlər də var. Amma “vergi səfərbərliyi” tədbirləri oliqarxalar və iri biznes tərəfindən ümumilikdə bir neçə istisnalarla “elnən gələn bəla bayramdır” prinsipi ilə qarşılanıb. Xüsusən, nəzərə alsaq ki, “vergi səfərbərliyi” tədbirləri nəticəsində akkumlyasiya olunan vəsait onların son 10 ildəki gəlirləri ilə müqayisədə çox kiçik vəsaitdir.

“Vergi səfərbərliyi” tədbirləri nəticəsində, hələ ki, vergilərin yığılması ilə bağlı proqnozlara artıqlamsı ilə əməl etmək mümkün olub. 2015-ci ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 600 milyon 752,0 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 103,0 faiz əməl edilmişdir. Qeyri - neft-qaz sektoru üzrə vergi daxilolmalarının məbləği 1 milyard 55 milyon 742,0 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi 66 faiz təşkil etmişdir.

Maliyyə Nazirliyi tərəfindən 2015-ci il büdcə layihəsi ilə bağlı təqdimatda qeyd olunub ki, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7112,0 mln. manatın daxil olması proqnozlaşdırılır. Bunun da 4812.0 mln. manatı və ya   67.7% qeyri-neft sektorunun, 2300.0 mln. manatı və ya 32.3% isə neft sektorunun payına düşür.

Vergilər Nazirliyinin xətti ilə daxilolmaların proqnozu 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 6,7%, 2014-cü ilin proqnozu ilə müqayisədə 0.1% çoxdur. Qeyri-neft sektoru üzrə isə artım 2014-cü illin proqnozu ilə  müqayisədə 11.9% çoxdur. Qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1061.0 mln manat proqnozlaşdırılır ki, bu, 2014-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11.7% çoxdur.

Birinci rübün nəticələri deməyə əsas verir ki, ilin sonunadək vergi orqanları proqnozda göstərilən məbləğin büdcəyə cəlbinə nail ola biləcəklər.

Obyektivlik naminə qeyd etmək lazımdır ki, inzibatı üsullarla yanaşı, vergitutma bazasının genişləndiirlməsi üçün də tədbirlər görülür. “Qara mühasibatlıq” parktikasına son qoyulması üçün işlər həyata keçirilir.

Əvvəldə qeyd etdiyimiz kimi, “Vergi səfərbərliyi” tədbirləri hamı - oliqarxlar və iri biznes tərəfindən anlayışla qarşılansa da,  Vergilər Nazirliyini bir çox hallarda “Roma papasından artıq katolik” olmağa çalışması narazılıq yaradıb. Söhbət  vergi orqanlarının bu prosesdə balansı qorumamasından və daha çox özünü ön plana çıxarmaq səylərindən gedir. Strateq.az-ın əldə etdiyi məlumatlara görə, iri biznesə münasibətdə ayrı-seçkiliyə yol verilməsi, tələb olunan məbləğlərin şişirdilməsi hallarının baş verməsi Fazil Məmmədovdan ciddi narazılıq yaradıb. Vergilər Nazirliyinin iri biznes və oliqarxların nəzarətində olan biznes-strukturların digər ödəmələrini nəzərə almaq istəməməsi və F. Məmmədovun fürsətdən yararlanaraq ayrı-seçkilik salması, “ogey-doğma” bölgüsünün aydın nəzərə çarpması onun davranışı ilə bağlı şikayətlərə səbəb olub. Bildirilir ki, F.Məmmədova qarşı ciddi oliqarxlardan ibarət böyük bir alyans yaranıb. Hətta Vergilər nazirindən şikayətlər ölkənin siyasi rəhbərliyinin də diqqətinə çatdırılıb və müvafiq ölçü götürülməsi xahiş olunub.

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam