Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

ÇÖRƏK PULU MÜCADİLƏSİ

 

İnsan yaranandan ta bu günə kimi məramı, məqsədi mədəsini doldurmaq üçün qida tapmaq,onu əldə etmək üçün çalışıb və hətta mübarizə aparıb. Çörək insanın başlıca probleminə çevrilib. Onu əldə etmək üçün yollar axtarıb və hansı formada olmağına baxmayarak onu tapıb. Çörəyin müqəddəsliyi haqqında bütün millətlərin dilində xoş kəlamlar, deyimlər var. Hər birində də onun həyat üçün vacibliyi xüsusi qeyd olunub. Böyük S.Vurğun deyirdi ki, çörək bol olarsa basılmaz Vətən. Böyük şair doğru deyirdi.Qarnı tox olan adamın qolunda güc, ürəyində təpər yaranır və o, düşməndən özünü, ailəsini, vətənini qoruyur. Ona görə də atalarımız gözəl deyib: “Çörək itirən,çörək tapmaz”, “Çörəyi ver çörəkçiyə bir çörək də üstəlik”, “Çörəyi tək yeyən yükünü də özü çəkər”, “Çörəyi torpaqdan al,kiminsə ağzından yox”, “Çörək baha olanda ölüm ucuz olur” və s.

Haralı və nə sənətin sahibi olduğunu bilmirəm. Bermolt Brex adlı birisi yazır ki, Əvvəl çörək, sonra əxlaq. Qədim Yunan filosofu Sokrat isə deyir: “Bir insan üçün əxlaq tərbiyyəsi çörək və paltardan daha vacibdir”. Baxın, iki şəxsiyyətin çörəyə yanaşmasına. Birinci maddiyatı- yəni mədənin tox olmasını, o biri mənəviyyatı- yəni əxlaqı önə çəkir. Belə götürəndə hər ikisi də haqlıdır. Bizdə deyirlər: “Ac qılınca çapar”. Ac adamdan hər şey gözləmək olar. Çünki o, olumla,ölüm arasındadır. Olmaq üçün canından (bu əsasən kişilərə aiddir) və namusundan keçər. Keçər ki,bir qarın çörək əldə etsin və yaşasın.

Sovet dönəmində çoxlu iş yerləri vardı və hamı da işləyib bir tikə çörəyini qazanıb evinə aparırdı. Balaları ac qalmırdı. Başı dik, könlü tox gəzirdi. Amma bu gün çox təəssüf ki, iş yerləri məhduddur. Çox adam iş üçün illərlə müəssisələrin qapısını döyüb iş istəyir və üzücü “yoxdur” cavabını alır. Ümidi kəsilib əli hər yerdən üzülən adam sonda ya əyri yollara düşüb pul qazanır, ya da intihar edir.

Qoruq qadağanın işləmədiyi bir zamanda hamı qanunları istədiyi şəkildə pozur və bu da insanlarda hakimiyyətə və dövlətə qarşı narazılıq, inamsızlıq yaradır. Bu gün ən çox qanunları pozanlar, onları gözdən salanlar xırda və iri buynuzlu məmurlardı. Onlar təkcə rüşvət almaqla, korrupsiyaya qurşanmaqla nəyinki özlərinə, eləcə də yeddi arxadönənlərinin 50-100 illik dolanışığını təmin edirlər. Bu yaşa gəlmişəm hələ görməmişəm ki, məmləkətdə tutduğu vəzifədən uzaqlaşdırılan bir iri buynuzlu məmurun adı rüşvətxorluqda, korrupsiyada hallanmasın. Bir adam 20 il,25 il bir vəzifədə olanda düşünür ki. əgər mən pis işçi olsaydım dövlət məni indiyə kimi vəzifəmdən uzaqlaşdırardı. Demək dövlət, hakimiyyət mənə etibar edib inanır. Mən bu etibardan niyə yararlanmayım? Başlayır bütün yaramazlıqları eləməyə-rüşvət alır, korrupsiyay qurşanır. Bir sözlə ölkəni çapıb talayır. Villalar tikdirir,böyük- böyük ticarət mərkəzləri yaradır, bahalı maşınlar alır, bütün qohum-əqrabasını vəzifəyə gətirir və s. və i. İşdən uzaqlaşdırılan kimi məlum olur ki, bu iri buynyzlı məmur küllü miqdarda var- dövlət toplayıb, rüşvətlə yaşayıb. Əcabə, onun 20-25 illik fəaliyyətində bunlar hiss olnmurdu? Təbii ki,olunurdu. Amma arxası,dayağı olduğuna görə onu yerindən tərpədə bilmirdilər.

Bu gün adamları ən çox madiyyat maraqlandırır. Necə eləyim ki,axşam evə çörək pulu aparım. Doğruluqlamı,əliəyrilikləmi. Bu fərq etməz. Yetər ki, aparım. Neçə illərdir ki, Bakıda səkilər takisilər tərəfindən zəbt olunub. Zavallı xalq da ağzını açıb maşın sahiblərinə deyə bilmir ki, ay kişi,ay oğul, lap loru dildə desək ay qanmaz, səki biz piyadalar üçündür, maşınlar üçün yox. And olsun Tanrıya ki, bunu hansısa sürücüyə (“xalturşik”-ə) desən, abrını ətəyinə elə bükər ki, bir ömür aça bilməzsən. Bu qanunsuzluğu dəstəkləyənlər, onlara şərait yaradanlar da “ayıq-sayıq” olan yol polisləridir. Takisilərə bu xidməti göstərən polis işçiləri bunun müqabilində onlardan haqq alır. Bu gün maşını olan hər kəs “xaltura” edir. Maşın əlindən metro, avtobus dayanacaqlarında tərpənmək olmur. Dəyərli oxucular inanmasalar 20 Yanvar metrosunun ətrafında baş verən eybəcərliyə göz yetirə bilərlər.

İnsanlığın belə bir rəzil gündə olması adamın mənliyini sıxır,onu incidir. Məmurların çörəyinin rüşvətdən çıxmasını qınayır, “haramınız olsun”, kasıblarınkının daşdan çıxmasına “halalınız olsun” deyirik. Çörəyi bədənini satmaqla çıxanlara isə deməyə ya söz tapa bilmirik, ya da abır- həya edirik. Bu gün cəmiyyətin ən böyük bəlası, üzqaralığı qadınların metro çıxışlarının qarşısında, qəzet köşklərinin yanında, taksi dayanacaqlarında, sosial şəbəkələrdə bədənlərini kişilərə təklif etmələridir. Bu bəlanın qarşısını elliklə almasaq millət biabırçı bir uçuruma yuvarlanacaq. Qadınları,qızları bu yoldan çəkindirib onlar üçün iş yerləri yaratmaq lazımdır. Hələ mən minlərlə xarici ölkələrdə bədənini satıb ölkəmizə baş aşağlığı gətirənləri demirəm. Bir sözlə insanların mədə problemi bu gün ən çətin problemlərdən birinə çevrilib. Onun həllini tapmasaq fəsadları çox ağır olacaq. Görün iş nə yerə çatıb ki,sənə qardaş,sirdaş,əmi,xala,dayı oğlu deyən,görəndə qucaqlayıb üzndən, gözündən öpən yaxının xırda bir işini belə pulsuz aşırmır. Kiçikdən böyüyə,böyükdən kiçiyə kimi hamı çörək pulu qazanmaq sindromuna yoluxub. Bu mərəzdən də sağalmaq çətindir. Daha mənəviyyatdan danışan yoxdur, hamı maddiyatdan danışır.

 

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam