Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bakının sexlərində qara çörək nədən hazırlanır?

 

Bakının çörək sexlərində keyfiyyətsiz qara çörək istehsal edilir

 

"Xeberinfo.com":  Məlumata görə, əsasən şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin istifadə etdiyi qara çörək məhsulları normativ standartlara cavab verməyən sexlərdə hazırlanır. Gigiyenik cəhətdən normativlərə uyğun olmayan müəssisələrdə bişirilən qara çörəklə bağlı ekspertlər də xəbərdarlıq edirlər.
 
Bu çörəklərin 80 faizi süni rəngləndiricilər, boya vasitəsiylə hazırlanır. Ən geniş yayılmış üsul isə kakao, boyat çay, karamel tozu, süni boyalardır. Məlumata görə, şəkər xəstəsinin bu çörəyi yeyəndə vəziyyətinin pisləşməsi normal haldır.
 
Qida texnoloqu Nadir Şirinov Analitik.az-a deyib ki, qara çörək deyilən pəhriz çörəyinin hazırlanmasında nöqsanlara yol verilir. Mütəxəssis qeyd edib ki, satışda o qədər çeşiddə çörək var, onların üzərində göstərildiyi tərkiblə eyni olub-olmadığına inanmaq çətindir:
 
“Vəziyyət acınacaqlıdır. Sahibkarların çoxu çörək istehsalında normativ standartlara əməl etmirlər. Ən əvvəl çörək bişirilən un torbaları xüsusi qaydada yerləşdirilməlidir. Sahibkarlar yaxşı işləmək uğrunda rəqabət əvəzinə pul qazanmaq dalınca düşürlər”.
 
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bildirib ki, çörəyə qatılan həmin kimyəvi maddələrlə bağlı laborator nəticələri yoxdur. Endokrinoloq Ülkər Nəzirova isə  hesab edir ki, “Borodino çörəyi”nin yeyilməsi məsləhət deyil:
 
“Bu da həmin çörəyin tərkibində şirinliyin olmasıdır. Çörəyin hazırlanmasında həkim kimi narahatlığım yalnız onun mayası ilə bağlıdır. Elə hazırlanacaq çörəyin xeyirli olmasında həmin maya böyük rol oynayır. Çörəyin istehsalında naməlum mayalardan istifadə olunur, bu mayaların tərkibi araşdırılmalıdır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam