Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Şuşanı azad edənlərdən biri -yetimçiliklə böyümüş Elçin...

Azərbaycan Ordusunun işğaldan azad etdiyi Hadrut ərazisində tikilinin divarına “Maştağa 1N-li internat” sözlərinin yazılması sosial şəbəkələrdə günlərlə müzakirə mövzusu oldu. Bu “imza”nın sahibi isə İkinci Qarabağ müharibəsinə yollanan, Hadrutdan sonra  Şuşanı da azad edən igidlərdən biri, üç uşaq atası Elçin Əhmədov idi. Onun Hadrutda yazdığı qrafiti özü hər şeyi açıb deyirdi-Elçin yetimdir və internatda böyüyüb.

Yenixeber.org: Elçin valideynlərini uşaq vaxtı itirib. Onun valideynləri qəzada həlak olublar. Elçin azyaşlı qardaşları ilə birgə yetimxanada böyüyüb. Onların uşaqlığı Maştağadakı 1 saylı internat evində keçib.

Elçinin böyük qardaşı Araz Əhmədov “İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin təsisçisidir. Elçin özü də həmin təşkilatın aktiv üzvlərindən biri olub.  

Araz deyir ki, uşaqlıqda, yeniyetməlikdə başlarına çox çətinliklər gəlsə də, heç vaxt ruhdan düşməyiblır, sınmayıblar: “Xatırlamaq asan deyil. Anamı itirəndə bir az özümə qapanmışdım. Amma özümü tez ələ aldım ki, bu məsuliyyət mənim üzərimdədir. Mən bu məsuliyyəti daşımalıyam. Təsəvvür edin, 13 yaşlı yeniyetmə və üzərində özüylə bir yerdə 5 nəfər ailə üzvləri. Nə qaz var, nə işıq var, nə dükanlarda çörək”.

Araz Əhmədovun dediklərinə görə, bir müddət sonra dövlət tərəfindən himayəyə götürülüblər. Qardaşlar internata yerləşdirilib, bacılarına isə xalaları sahib çıxıb: “Balaca qardaşımın 3, ortancıl qardaşımın 6 yaşı vardı. Çöl göyərçinlərini tuturduq, kisəylə gətirirdik evə. İcra hakimiyyətindən bizə dedilər ki, bu cür yaşayış davamlı ola bilməz. Sizi ya hansısa qohum himayəsinə  götürməlidir, ya da internata göndərməliyik. İki bacımı xalam himayəsinə götürdü. Üç qardaş biz qalmışdıq”.

Əhmədov qardaşları əvvəl Lənkərandakı Osman Mirzəyev adına uşaq evinə, sonrasa Maştağadakı 1 saylı internat məktəbinə göndəriliblər, orada böyüyüblər: “Lənkəranda bizi ayırdılar. Bu özü mənə çox böyük mənəvi zərbə oldu. Çox mübarizə apardım, xeyri yox idi. Mən Maştağada oxuya-oxuya gedib gəlirdim qardaşlarımın yanına. Bir-iki dəfə gizlin getdim, sonra bizim direktor özü gördü ki, qarşısı alınmayacaq bunun, özü icazə verirdi. Artıq illər keçmişdi, bir az böyümüşdüm. Təhsil Nazirliyinə bir məktub yazdım. Həmin məktuba əsasən qartdaşlarımı da yanıma köçürdülər. Gecələr çox soyuq, yemək çox zəif olsa da belə ən azından bilirdin ki, dövlət himayəsindəsən, gündə üç dəfə yemək yeyəcəksən”.

İnternatda böyüyən Əhmədovları heç bir qohum-əqrəbaları itirib-axtarmayıb. Bircə xalalarından başqa: “O dövr ərzində Şamaxıdakı qohumlarımın heç biri bizimlə maraqlanmadı. Bir dənə xalamdan başqa. Böyükləri demirəm, heç olmasa o 3 yaşındakı qardaşımla maraqlana bilərdilər. Bir də ayıldıq ki, artıq son zəngdir. Kimin yeri var idisə gedirdi, kimin yeri yox idisə özünü aparana qədər, müəyyən bir problem olmayana qədər qalırdı. Biz orada iki il də qala bildik. İnternatdan 2000-ci ildə çıxdıq. Bir sənət öyrənməli idik. Bizim də uşaqlardan birinin bir qohumunun “lepka” sexi vardı. Bzi bu sənəti öyrəndik. Özümüzə bir dənə ayrı “lepka” sexi açdıq. Yataqxanada demək olar ki, 20 nəfər əvəzinə 40 nəfər yerləşdirilmişdik. İş axtaranda demirdik ki, internat məzunlarıyıq. Nəinki biz, heç bizim digər məzunlar da çalışırdı çox vaxt gizlətsinlər ki, sənin işə düzəlmə ehtimalın sıfra düşürdü”.

Virtualaz.org

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam