Paylaşdığı foto ilə hamını kövrəldən əsgərimiz: -“Qismət olsa, Şuşada yaşamaq istəyirəm”
"Azərbaycan xalqının dəstəyini, bizim yanımızda olduğunu hər zaman hiss edirdik, duyurduq. Bunu gələn sovqatlardan, bizə göndərilən yardımlarından görürdük ki, Azərbaycan xalqı bizim yanımızdadır. Hər kəsə minnətdaram".
Yenixeber.org: Bunu Vətən Müharibəsinin qəhrəman iştirakçılarından olan, Şuşanın işğaldan azad edilməsində böyük şücaət göstərmiş Elçin Əhmədov deyib.
Elçin Əhmədov Maştağa 1 nömrəli internat məktəbində oxuyub. Kiçik yaşlarında ata və anasını itirib, onun 3 qardaşı və 2 bacısı olub.
SOCAR-da işləyən Elçinin 2 qız və bir oğlu var. Könüllü olaraq döyüşlərə yazılan Əhmədov oktyabrın 16-da xidmətə çağrılıb. O bildirib ki, övladlarını Vətənə, Azərbaycan xalqına əmanət edib, döyüşməyə, torpaqlarımızı mənfur düşməndən azad etməyə yollanıb.
“Biz yüksəkliklərə doğru döyüşürdük. Şəhidlərimiz də oldu, Allah onlara rəhmət etsin, onların qanını yerdə qoymadıq. Bir yerdə yatdığımız, vuruşduğumuz uşaqlar idi, adam özünü bağışlaya bilmirdi. Hər dəfə belə hallar yaşandıqca düşmənə qarşı nifrət hissi, torpaqlarımızı azad etmək düşüncəsi ilə vuruşduq, irəli getdik. Burada olan birlik, qardaşlıq başqadır. Güllə yağışının altında yaralanan qardaşlarımızı xilas edirdik. Bilmirdik ki, o güllə bizə dəyəcək, ya yox. Çalışırdıq ki, bir yaralımız, şəhidimiz düşmən əlində qalmasın. Biz belə irəliyə gedə-gedə Şuşaya qədər gəldik”.
E.Əhmədov düşmənin mülki vətəndaşlara qarşı törətdiyi insanlığa sığmayan cinayətlərdən xəbərdar olduqlarını söyləyib: “Eşitdik ki, atəşkəs elan olunan vaxtı Gəncəni, Bərdəni vurublar. Biz onların qisasını alırdıq. Mövqelərimizi tərk etmirdik, daim irəliləyirdik. Şuşa bizdə idi. Şuşanın azad olunması ölkəmizdə bayram kimi qeyd olundu”.
Könüllü döyüşçü 27 gün Dəmirçilər, Tuğ kəndlərinin, Hadrut qəsəbəsi, ətraf kəndlərin, eyni zamanda Şuşanın bəzi kəndlərinin azad olunması əməliyyatlarında iştirak edib.
“Artıq bəzi kəndlərin adlarını unutmuşam. Hər kəndin azad olunmasında keçirdiyimiz hiss, həyəcan tamam başqadır. Biz bura gəlməmişdən qabaq mənfur düşmənin xalqımıza etdikərini unutmamışdıq, Xocalının kadrlarına baxmışdıq. Kəlbəcərdəki qız və gəlinlərimiz düşmənə əsir düşməmək üçün özlərini öldürmüşdülər. Biz onların qisasını aldıqca, mənəvi rahatlıq tapırdıq. Bunu sözlə ifadə etmək mümkün deyil. Ordumuz ancaq irəli gedirdi. Biz bir kəndi, bir yüksəkliyi alırdıq. Arxadan kömək gələnə qədər dözə bilmirdik. Deyirdik ki, “Komandir qabaqdakı kənddə də düşmən var, ora gedək. Komandir deyirdi, “səbrli olun, arxadan kömək gəlib burada möhkəmləsin, sonra ora gedərik”. Bu yerləri azad etmək, görmək mən üçün xoşbəxtlikdir.
Vətən tək üstündə gəzdiyimiz torpaq deyil. Şəhidlərimiz, Xocalı soyqırımında yaşanan faciələr, qışda ayaqları donan uşaqlar da Vətəndir. Onların qisası alınmadan, rahat ola bilməzdik. Biz qisasımızı aldıq, torpaqlarımızı azad etdik. Düzdür, o vaxtlar vətəndaşlarımız qışda, soyuqda günlərlə meşədə qalıblar, ermənilər isə rahat şəkildə qaçıblar. Gərək buna sevinsinlər”.
Vətən torpağının hər qarışının gözəl olduğunu deyən igid döyüşçümüz bu gözəllikləri piyada getdikləri, işğaldan azad etdikləri hər yerdə gördüyünü söyləyib: “Şuşanı görməyi çox istəyirdim, Allah o istiqamətdə döyüşməyi mənə nəsib etdi. Qismət olarsa, Şuşada yaşamaq istəyirəm. Şuşaya qalxmaq, Gövhər ağa məscidinə girmək çoxdankı arzum idi”.
Qeyd edək ki, Elçin Əhmədov sosial şöbəkə hesabında işğaldan azad olunmuş ərazilərdən diqqətçəkən paylaşım edib. Onun divara "Maştağa 1 nömrəli internat evi" yazılmış fotosu həssaslıqla qarşılanıb.