Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Həkim Ali Baş Komandana təşəkkür etdi -SİZ ƏSL QƏHRƏMANSINIZ

Azərbaycan Vətən müharibəsi aparır. Ordumuz Qarabağı işğaldan azad etmək üçün səfərbər olunub. Oktyabrın 10-da isə humanitar atəşkəs bəyan olunsa da, savaş genişlənir, düşmən tərəf razılaşmaya əməl etmir.

Yenixeber.org: Bu azmış kimi, Ermənistan yeni təcavüzkar və terrorçu siyasətini həyata keçirir. İşğalçı qüvvələr Gəncəni vurmaqla, dinc əhalini qətlə yetirməklə sübut etdilər ki, öz terrorçu mahiyyətindən əl çəkmək istəmirlər.
Xalqımıza açılan atəşə, ölkənin ikinci şəhəri olan Gəncəyə raket atılmasına, günahsız sivillərin öldürülməsinə müxtəlif rəsmi və beynəlxalq reaksiyalar olmasına baxmayaraq, Ermənistanın siyasi hakimiyyəti məkirli və terrorçu əməllərindən əl çəkmək fikirində deyillər. Ermənistan terrorçuları Qarabağda Azərbaycanın güclü ordusuna məğlub olurlar, yaralı əsgərlərimiz yenidən döyüş bölgələrinə qayıtmağa tələsirlər. Bu yerdə vətəninə, millətinə qəlbən bağlı olan şərəfli həkimlərimizi də unutmaq olmaz. Gecə-gündüz yaralı əsgərlərimizin sağlıq durumunu yaxşılaşdırmaq uğrunda mübarizə aparan Qurban İsmayılov kimi həkimlərimizə də rast gəldik. Onun haqqında nə qədər danışsaq da az olar. Beləliklə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, Qurban İsmayılovun Ali Baş Komandan İlham Əliyevə ünvanladığı vətənpərvər hissləri ilə yazdığı təşəkkürnaməni təqdim edirik:

''Çox hörmətli cənab Prezidentim, Ali Baş Komandanım!

Mən 1973-cü il təvəllüdlü həkim, oftalmoloqam. Qərbi Azərbaycanın Göyçə mahalının Zərkənd kəndindənəm.1988-ci ildə erməni Vandallarının vəhşiliyi nəticəsində deportasiya olunub, qaçqınlıq, evsizlik həyatı yaşamış insanlardanam. Birinci Qarabağ savaşını görənlərdənəm.Tələbə olarkən yaralananlara gecə-gündüz qulluq edən insanlardanam. Çox təəssüf ki, o zaman torpaqlarımız işğaldan azad edilə bilmədi.

Cənab Prezidentim, Ali Baş Komandanım!

Vicdanım və Allahim qarşısında özümə borc bildim ki, sizə müraciət edim. İlk öncə hakimiyyətə gəldiyiniz gündən bu günə qədər Azərbaycanın çiçəklənməsində gecə-gündüz etdiyiniz fədakarlığa görə sizə minnətdarlığımı bildirirəm. Sizin Azərbaycan səhiyyəsinə etdiyiniz diqqətə görə, xüsusən Tibb Universiteti nəzdindəki klinikaların yüksək səviyyədə tikilib təchiz olunaraq elm ocağına ərmağan etdiyinizə görə təşəkkürümü bildirirəm. Sizə bir həkim olaraq Azərbaycan xalqının sağlamlığının keşiyində durduğunuza görə (xüsusən covid-19 pandemiyası böyük dövlətlərin səhiyyəsini sarsıldması danılmaz faktdır) xüsusi minnətdarlığımı bildirirəm.

Cənab Prezidentim, Ali Baş Komandanım!

Mən son günlər Azərbaycan ordusunun özünümüdafiə döyüşlərində yaralanan əsgərlərimizə xidmət edən həkimlərdən biriyəm. Bir və iki gözünü itirmiş, yaralanmış əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz var. Müalicələr üçün yüksək səviyyədə təchizat-təminat və qulluğumuz da var. Təbii ki, vətən uğrunda irəli gedən şanlı ordumuzun əsgərləri qarşısında borcumuzdur.

Cənab Prezidentim, Ali Baş Komandan!

Yaralanmış hərbiçilər, bir və iki gözünü itirmiş vətənin mərd oğulları hərbi xidmətə qayıtmaq , vətəninə qulluğa davam etmək istəyir. Bundan böyük qürur hissi yoxdur. Sağlamlığını itirmiş əsgər xidmətə qayıtmaq istəyir. Bütün dünya ictimaiyyəti eşitsin və bilsin! Bu Ali baş komandana olan böyük inamın, sevginin ehtiramın nəticəsidir.

Cənab Prezidentim, Ali Baş Komandanım!

Xalqımıza yaşatdığınız böyük qələbələrə görə, Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizə sönmüş vətənpərvərlik hissimizin yüksək səviyyəyə qaldırdığınıza, o hissləri geri qaytardığınıza görə sonsuz minnətdarlığımı bildirirəm.
Siz xalqın əsl qəhrəmanısınız. Allah sizi qorusun!''

(Gundemxeber)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam