Türkiyəli general: -“Ermənistan məğlubiyyətə məhkumdur”
Ermənistan terror dövlətidir. 100 ilə yaxındır ki, həm Osmanlı, həm də Qafqaz coğrafiyasında Ermənistanın adı terrorla, quldurluqla birgə çəkilir. Ermənistan Azərbaycanla savaşda da eyni şəkildə cinayətlərini davam etdirməkdədir.
Yenixeber.org: Bunu eksklüziv açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, general Yücel Karauz deyib.
General bildirib, Ermənistan sülh vaxtında belə türk diplomatlar daxil olmaqla, müxtəlif yerlərdə terror fəaliyyəti həyata keçirib.
“Ermənistan silahlı qüvvələri Azərbaycanla bacara bilməyəcəyini anlayır. Azərbaycanı oyuna çəkmək məqsədilə müharibə bölgəsi ilə əlaqəsi olmayan mülki yaşayış yerlərinə raket zərbələri endirir, terror həyata keçirir. Bu, insanlıq cinayətidir, eyini zamanda müharibə cinayətidir.
Döyüşlər başlayandan 31 azərbaycanlı mülki vətəndaş qətlə yetirilib. Bu müharibə cinayətini həyata keçirənlər irəlidə ədalət məhkəməsində mühakimə olunacaqlar. Dünya 28 ildir işğala, terrora, haqsızlığa necə səssiz qalıbsa, mülki insanların öldürülməsinə, mülki yaşayış yerlərinin dağıdılmasına da könül razılığı verməkdə, səssiz qalmaqdadır. Sadəcə atəşkəs istəyirlər. Keçmişdə olduğu kimi bu gün də haqsızlıq davam edir və sabah da davam edəcək”, - deyə deyə general vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın təxribatlarının məqsədi Azərbaycan Ordusunu, dövlətini tələyə çəkmək, hərbi əməliyyatları Rusiya və Türkiyənin daxil olacağı bölgə müharibəsinə çevirmək, Rusiyanı KTMT çərçivəsində öz tərəfinə çəkməkdir. Keçmişdə olduğu kimi bu gün də, gələcəkdə də quldur və terrorçu dövlət olan Ermənistan bu əməllərini törətməkdə davam edəcək.
Generalın sözlərinə görə, 1990-93-cü illərdə sovetlərin dağılması ilə təkrar müstəqilliyini qazanan ölkələrin ordularının çoxu eyni vəziyyətdə idi:
“Çoxunun hərbi təchizatı, texnikası zəif idi, hərbi bilgiyə sahib deyildilər. Bundan istifadə edən Ermənistan ona verilən dəstəklə Azərbaycan ərazilərini işğal etdi. Prezident İlham Əliyev, ondan əvvəl ümummilli lider Heydər Əliyevin səyləri ilə Azərbaycan Ordusu bölgənin və regionun ən güclü ordusuna çevrildi. Eyni zamanda hər cür hərbi texnikaya malik oldu. Dolayısı ilə bu savaşda əsgərlərin, milli gücün müqayisə edilməsi mümkün deyil. Ermənistanda analar övladalarını əsgərliyə göndərmək istəmirlər, cəbhədən qaçmaq istəyən erməni əsgərlərinin qarşısını almaq üçün onları zəncirlə avtomobillərə bağlayırlar. Savaşacaq əsgər tapa bilmədikləri üçün Ermənistan terror fəaliyyətinə keçərək, xüsusilə Suriyadan PKK və PYD terroristlərini və Livandan pul qarşılığında muzdlular gətirərək Qarabağda Azərbaycana qarşı döyüşdə istifadə edir. Bu, cinayətdir. Azərbaycanda Vətəni, milləti üçün şəhid olmaq üçün hazır gözləyən 1 milyondan çox Azərbaycan gənci bir yana, analar da övladlarını əsgərliyə göndərməyə hazırdırlar. Ermənistan isə əsgər gücünü sağdan-soldan gətirdiyi terroçularla bəsləyir”.
General hesab edir ki, Tovuz təxribabatından sonra Azərbaycan sülh üçün əlindən gələnləri edib: “Bu günə qədər ölkə başçıları səviyyəsində nəticəsi olmayan 81 görüş keçirilib. Başda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmaqla, beynəlxalq ictimaiyyət Qarabağ torpaqlarının Azərbaycana aid olması və erməni əsgərlərinin Qarabağı tərk etməsi ilə bağlı məsələni dilə gətirib. Ermənistanın törətdiyi 12 iyul təxribatından sonra Azərbaycan oyuna getmədi, ta ki 27 sentyabr tarixində Tərtərdə mülki insanlara qarşı həyata keçirilən hücuma qədər. Azərbaycan bu hücumdan sonra BMT-də tanınan müdafiə hüququndan istifadə edərək Vətən müharibəsinə başlayıb. Bu gün 13-cü günündə olan Vətən müharibəsində bir çox strateji nöqtə, kənd və Cəbrayıl şəhəri işğaldan azad edilib. Bu, Azərbaycan Ordusunun 100 illik tarixində gələcək nəsillər üçün bir bayramdır, Vətən müharibəsidir və böyük qələbədir. İndi müharibədə əsgərlərin iki hədəfi var: düşməni tamamilə məhv etmək və düşmənin savaş əzmini, qətiyyətini sındırmaq. Azərbaycan Ordusu həm hərbi hədəfləri məhv etməkdə, həm də Ermənistan əsgərlərinin, dövlətin savaş əzmini, qətiyyətini qırmaq üçün mücadilə etməkdədir. Və çox böyük uğurlar, nailiyyətlər əldə edib. Bunu edərkən isə beynəlxalq hüquqi normalara tam əməl edir.
Azərbaycan qısa müddətdə necə bacardı – birincisi, Ali Baş Komandan cənab Prezidentin güclü siyasi liderliyi, ikincisi Azərbaycan xalqının yüksək milli və mənəvi dəyərləri, üçüncüsü Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman və igid övladlarının göstərdikləri cəsarət”.
Y.Karauz Prezident İlham Əliyevin Ermənistanla hansı şərtlər əsasında masaya oturacağı ilə bağlı çıxışına da toxunub: "Dağlıq Qarabağdakı separatçı rejim ləğv edilməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərdən çıxmalı, 7 rayon və Qarabağ işğaldan azad olunmalıdır. Bu şərtlər yerinə yeririlməyənə qədər hərbi əməliyyatlar davam edəcək. Hərbi əməliyyatlarda əldə edilən uğurlar gələcəkdə siyasi masa qurulduğu zaman diplomatik baxımdan da Azərbaycanın daha güclü və qüvvətli olmasını təmin edəcək”.
General qeyd edib ki, Rusiyanın haqlının yanında olması, Ermənistanın təxribatlarına uymaması, Ermənistana zəmanət verməməsi, Moskvanın hər hansı bir müdaxiləsindən söhbətin getməməsi Paşinyanı təkrar çıxılmaz vəziyyətə salıb və o, mülki insanları hədəf almaqda davam edir.
“Ermənistan çarəsizdir, məğlubiyyətə məhkumdur. Bundan sonra Azərbaycan mümkün olduğu qədər atəşkəs çağırışlarına qulaq asmayaraq , hərbi əməliyyatları davam etdirməlidir, Prezidentin şərtləri Minsk Qrupu tərəfindən təsdiqləndikdən sonra sülh masasına oturula bilər. Qarabağ haqdır, Qarabağ Azərbaycanındır, inşallah üçrəngli bayrağı Qarabağda birlikdə dalğalandıracağıq”.