Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Rusiya Azərbaycana qarşı hərbi addımlar atsa, əmin olsun ki, qarşısında Türkiyə Ordusunu görəcək” -Türk general

“Rusiya Azərbaycana qarşı hərbi addımlar atsa, əmin olsun ki, qarşısında Türkiyə Ordusunu görəcək” - Türk general

 

"Əgər Rusiya işğalçı Ermənistanın yanında dayanıb Azərbaycana qarşı hərbi addımlar atarsa, əmin olsun ki, qarşısında Türkiyə Ordusunu görəcək". 

 

Yenixeber.org: Bu fikirləri Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyyatda olan general-mayor Kürşat Atılgan bildirib. 

Kürşat Atılgan deyib ki, Rusiya regionda doğrudan da söz sahibi olmaq istyəyirsə, o zaman işğalçı Ermənistanın Azərbaycana qarşı terror aktlarına cavab verməlidir:

"Ermənistan terrorçuları bu gecə də Gəncədə mülki əhalini raketlə vuraraq şəhid ediblər. Orada dünyasını dəyişən qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm. Bu, bir daha Ermənistanın terror dövləti olduğunu göstərir. Nə üçün Rusiya, Fransa Ermənistanın terrorçu addımlarına səsini çıxarmır? Gəncədə həlak olanlar hərbiçilər belə deyil, dinc əhalidir, bizim azərbaycanlı qardaşlarımızdır. İşğalçı Ermənistan Gəncəni vurmağına görə çox peşiman olacaq. Azərbaycan Ordusu bunun intiqamını alacaq və hazırda da alır. Güclü Azərbaycan Ordusu torpaqlarını erməni işğalından azad etməklə Gəncənin intiqamını alır".

Kürşat Atılgan qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Gəncəyə raket atmaqla dinc azərbaycanlılara qarşı ikinci Xocalı soyqırımını törətmək istəyir:

"Ermənistan terror üzərində qurulan bir dövlətdir. Bəlkə də dünyada ermənilər kimi ikinci terrorçu millət yoxdur. Bir neçə il bundan əvvəl mən NATO-nun toplantısında iştirak etmək üçün İrəvanda səfərdə oldum. Həmin vaxtı da şahid oldum ki, ermənilərdə türklərə qarşı çox radikal nifrət mövcuddur. Türkə nifrət bəsləmək Ermənistanda bir siyasət halına gətirilib".  (Demokrat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam