Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ermənistan açıq şəkildə atəşkəs istəmədiyini söyləyir" -Rusiyalı politoloq

“Ermənistan açıq şəkildə heç bir barışıq, heç bir atəşkəs istəmədiyini söyləyir. Onlar müharibənin davam etməsini istəyirlər. Döyüşlər heç dayanmayıb da. Dünən atəşkəs elan olunan kimi, Etmənistan Azərbaycanın irəliləməyi dayandırmasını fürsət bilərək bəzi mövqeləri geri qaytarmağa çalışdı. Şübhəsiz ki, terror aktı olan Gəncə şəhərinin raket atəşinə tutulması ilə Ermənistan sülh istəmədiyini göstərdi”. 

Yenixeber.org: Bu fikirləri “Vestnik Kavkaza” İnformasiya-Analitika Agentliyinin baş analitiki Andrey Petrov deyib.

“Azərbaycan həqiqətən də dünən Ermənistana hər şeyi sülh yolu ilə həll etmək üçün son şansı verdi, çünki Azərbaycan ordusu daha güclü döyüş mövqeyində idi, irəliləməyə davam edirdi və şübhəsiz, ayın sonuna qədər Ermənistan sadəcə təslim olmaq məcburiyyətində qalacaqdı. Azərbaycan şənbə gününə keçən gecə atəşkəsə razılaşmaqla sülhə doğru böyük addım atdı və bununla da Ermənistan əlavə itkilər verməkdən qaça bilərdi. Gəncəyə raket zərbələri endirilməsi isə Ermənistanın hərbi əməliyyatların davam etməsini istədiyini göstərir. Odur ki, yaxın zamanlarda müharibənin yenidən tam əsasda bərpa olunacağını düşünürəm. Ermənilərin axacaq qanına görə məsuliyyəti də belə terror aktına gedən Ermənistan rəhbərliyi daşıyacaq”, - o bildirib.

A.Petrov həmçinin Ermənistanın Azərbaycanın dinc şəhərlərinə raket hücumlarına da münasibət bildirib: “Şübhəsiz ki, Azərbaycan şəhərlərini məhz Ermənistan ərazisindən atəşə tutmaqla Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı Ermənistan ərazisinə zərbə endirməyə təhrik etməyə və bununla da özünü təcavüzə məruz qalmış göstərərək KTMT və Rusiyaya müraciət etməyə hüquqi zəmin yaratmağa çalışır”.

“Ermənistan rəhbərliyinin Rusiya rəhbərliyinə göstərdiyi ən son təsirlər bu artıq yoxdur. Ermənistan özünü yalnız danışıq aparılması mümkün olmayan tərəf kimi yox, həm də terrorçu kimi göstərdi. Rusiya terrorçularla heç bir danışıq aparmır. Ermənistan Rusiya ilə ən son əlaqələrini də məhv etdi”, - ekspert söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam