Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İcra başçısının sabiq müavini istintaqa çağırıldı

 

Baxış Abdullayev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Goranboydakı yeyinti hallarına görə ifadə verir

"Xeberinfo.com":  Məlumata görə, Goranboyun icra başçısının sabiq birinci müavini Baxış Abdullayev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. Bu barədə JAM.AZ-a məlumat verən mənbənin sözlərinə görə, Abdullayevin istintaqa çağırılmasının səbəbi işlədiyi müddətdə rayonda baş vermiş yeyinti halları ilə bağlıdır. 

Belə ki, birinci müavin olduğu dövrlərdə Goranboyda bir neçə intihar hadisəsi, habelə bu intiharların pul məsələsinə görə baş verməsi idarənin istintaqçılarını araşdırma aparmağa vadar edib. Daha doğrusu, sonuncu Dəliməmmədli qəsəbəsində baş verən intihar və intihar edən şəxsin məktubunda ondan Baxış Abdullayev və daha bir neçə məsul şəxsin pul tələb etməsini yazması ortalığı qarışdırıb. 

JAM.AZ-a verilən məlumata görə, davamlı olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılan Baxış Abdullayevin adının hallandığı digər bu kimi olayların sayının çox olduğu deyilir. İddia olunur ki, idarənin rayonda apardığı araşdırma zamanı bir çox yerli iş adamları, habelə intihar edənlərin yaxın qohumları onlardan pul tələb edənin sabiq müavinin olduğunu göstəriblər. Və bu da istintaq hərəkətlərinin aparılması üçün zəmin yaradıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam