Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısının idarəçilik "şedevr"ləri

 

Ağcabədinin icra başçısı ibtidai sinif müəllimini müavin kimi, 67 yaşlı şəxsi idarə müdiri kimi, diplomu olmayan şəxsi birinci müavin kimi, heç bir təcrübəsi olmayanı isə mühüm işin başına keçirib

Xeberinfo.com:  Ağcabəbədinin icra başçısı Şahin Məmmədovun idarəçilik sahəsində atdığı addımları «şedevr» adlandırmaq olar. Ona görə ki, kimsənin ağlına gəlməyən addımları atmağı bacaran rayonun rəhbəri, xeyli saydə əhalini vələmyesir gününə salıb. Üstəlik, təyin etdiyi kadrlarla tutduqları vəzifələr arasında ciddi qeyri-mütənasibliklər var. 

JAM.AZ xəbər verir ki, Məmmədovun ilk «şedevri» özünə humanitar məsələlər üzrə müavin təyin etməsidir. Belə ki, rayonda ibtidai sinif müəlliməsi işləmiş Nayibə Mustafayevanın belə mühüm posta təyin edilməsinin özü çoxlarında şok effekt yaradıb. Ona görə ki, belə mühüm və strateji posta azyaşlı uşaqlarla işləyən bir pedoqoqun gətirilməsi qətiyyən başadüşülən olmayıb. 

Bir digər «şedevr» isə pensiya yaşı çoxdan çatmış, hazırda ömünün 67-ci baharını yaşamaqda olan Əli Əliyevin Meliorasiya və Su Təsərrüfatı İdarəsinin rəis təyin edilməsidir. Ötən ilin dekabrına qədər rayonun Subartezian Quyularının İstismarı İdarəsinə rəhbərlik edən bu şəxsin pensiyaya göndərilməsi zərurəti varkən, belə mühüm posta təyinat alması da qətiyyən başa düşülən deyil. Rayon sakinləri isə deyirlər ki, Əliyevin suyun tərkibi haqqında təsəvvürləri belə yoxdur. 

Ağcabədidə gəzən söz-söhbətlərə görə, sözügedən şəxsin su təsərrüfatına rəhbərlik etməsinin səbəbi icra başçısı Şahin Məmmədovla münasibətlərinin ən yüksək səviyyədə olmasıdır. Xüsusən də onun icra başçısının «makleri» olaraq tanındığı iddia olunur. 

Rayonda işin ən acınacaqlı tərəfi isə təcrübəsiz şəxslərin vəzifə başına keçirilməsidir. JAM.AZ-a verilən məlumata görə, onlardan biri də Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyevdir. Qeyd edək ki, mühüm postlara gənclərin önə çəkilməsi hər nə qədər təqdir olunan haldırsa, bu zaman həmin şəxsin öz sahəsini bilməsi də mühüm şərtlərdəndir. 

Rayondan verilən məlumata görə, Malik Mirzəyevin əsas işi idarənin balansında olan traktor və digər texnikaları icarəyə verərək, onların pullarını yığmaqdan ibarətdir. Dəfələrlə sahibkarlar yaranmış acınacaqlı vəziyyətlə bağlı icra başçısına şikayət etsələr də, bunun heç bir faydası olmayıb. 

Bu əsnada, bir digər maraqlı məqamı diqqətinizə çatdıraq. JAM.AZ-a daxil olan məlumatlara görə, Şahin Məmmədovun birinci müavini Rövşən Əhmədov ümumiyyətlə, hərbi xidmətdə olmayıb. Bununla bağlı, Müdafiə Nazirliyinə göndərilmiş sorğuda da vurğulanıb ki, icra başçısının birinci müavini ordu sıralarında qulluq etməyib. Qanuna əsasən isə hərbi xidmət keçməmiş şəxslər dövlət qulluğunda işə götürülə bilməzlər. Belə olan təqdirdə, Rövşən Əhmədovun icra başçısının birinci müavini olması kifayət qədər müəmmalıdır. Güman etmək olar ki, sözügedən şəxs dövlət qurumlarına təqdim etdiyi sənədlərində saxtakarlıq etməklə istəyinə çata bilər. 

Amma Rövşən Əhmədovla bağlı iddialar bununla bitmir. JAM.AZ-a verilən məlumatlarda qeyd olunur ki, Şahin Məmmədovun birinci müavini, həm də ali təhsilə malik deyil. Onun işə götürülən zaman təqdim etdiyi ali təhsillə bağlı diplomunun isə xeyli əvvəl bağlanmış və orada oxuyanlara verdiyi sənədləri etibarsız hesab olunan San Marino Universitinə aid olduğu deyilir. Qeyd edilir ki, faktiki olaraq həmin diplomlar etirbarsız sayılır və Təhsil Nazirliyi də bununla bağlı rəsmi açıqlama verib.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam