TRAMP TÜRKİYƏNİN ARZUSUNU ÜRƏYİNDƏ QOYDU –ABŞ prezidenti "F-35"-lərin satışına qadağanı qüvvəyə mindirdi
İlhan Tanir
“Əhval” (Tükiyə), 19.02.2019
ABŞ prezidenti Donald Tramp ötən Cümə günü “F-35” yeni nəsil döyüş təyyarələrinin Türkiyəyə nəqlinə maneə törədən sərəncam imzalayıb.
Yenixeber.org: Trampın imzaladığı sənədə görə, ABŞ dövlət katibi və Müdafiə Nazirliyi Türkiyənin Rusiya Federasiyasından “S-400” hava hücumundan müdafiə sistemini satın alınması ilə əlaqədar hesabatı yeniləmədiyi təqdirdə, təyyarələr Türkiyəyə təslim edilməyəcək.
Ötən il noyabrın sonlarında Konqresə göndərilmiş əvvəlki hesabatında Pentaqon Türkiyənin Rusiyadan “S-400” raket sisteminin satın almasının “F-35” proqramından Ankaranın potensial çıxarılmasına gətirib çıxara biləcəyi, habelə “Boeing Co.”-dan alınacaq “CH-47F Chinook” helikopteri, “Lockheed’in F-16” qırıcı təyyarəsi və “UH-60 Black Hawk” helikopterləri kimi digər silahların alınmasına da təsir edəcəyi bildirilib.
Bazar ertəsi günü, fevralın 19-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu satın almanı təsdiqləyib və 2019-cu ildə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin alınması fikrindən geri dönmədiyini açıqlayıb.
Türkiyə “S-400” raketlərinin bu il çatdırılmasını gözləyir, rusiyalı səlahyyətlilər də bu vədi verirlər.
Konqresdəki qanun layihəsi tələb edir ki, ABŞ nazirlikləri sanksiyalar tətbiqi üçün planlarını ətraflı təsvir etsin. Sanksiyalar rejimi Türkiyənin “S-400” sistemi ilə bağlı niyyətlərini həyata keçirdiyi təqdirdə işə düşə bilər. Belə ki, 2017-ci il tarixli Avropa və Avrasiyada Rusiyanın təsirinə qarşı mübarizə Qanununun 231-ci maddəsinə uyğun olaraq tətbiq olunacaq.
Konqres ABŞ nazirlərindən hesabatı 1 noyabr 2019-cu ilədək çatdırmağı xahiş edir.
Trampın imzaladığı eyni büdcə qanunu layihəsi, – dövlət katibi Mayk Pompeonun verdiyi məlumata əsasən, 2017-ci ilin may ayında Vaşinqtonda nümayişçilərə qarşı hücumda ittiham edilən cangüdənlərin məhkəməyə gətirilmədiyi təqdirdə, – Ərdoğanın təhlükəsizlik işçilərinə silah satışına da maneə törədir.
ABŞ Dövlət Departamenti Konqresə Türkiyəyə “Patriot” hava hücumudan müdafiə batareyalarının satışına dair 3,5 milyard dollar həcmində sövdələşməni təsdiqləməsi barədə məlumat verdikdən sonra ABŞ nümayəndə heyəti ötən iln dekabr ayında Ankaraya səfər edib. Heyət “S-400” müqaviləsinin ləğvi üçün ABŞ istehsalı olan sistemin ön şərt olaraq təyin olunduğunu bildirib.
“Patriot” təklifi üçün son möhlət tarixi – fevralın 15-i, rəsmi olaraq isə mart ayıdır.
“Ruslar “S-400”-ü qısa müddətdə, həm də sərfəli qiymətlə, həm də gələcəkdə texnologiya transferi ilə çatdırmaq istədiklərini söylədilər, – parlamentin xarici işlər komitəsinin sədri Volkan Bozkır ötən həftə Vaşinqtona səfəri başa çatdıqdan sonra Ankarada jurnalistlərə bildirib. – Buna görə də, noyabr ayında Türkiyəyə çatdırmaq üçün səylər davam edərkən, “S-400” sistemlərinin satın alınması üçün müqavilə imzaladıq. O, tələblərimizə uyğundur və ödənişlərin əsas hissəsi artıq həyata keçirilib”.
Trampın imzaladığı son Konqres layihəsinə əsasən, ABŞ noyabr ayına qədər qərar qəbul edəcək. Rusiyanın isə “S-400”-ü 2019-cu ilin iyul ayına qədər Türkiyəyə çatdırması gözlənilir.
Ərdoğan fevalın 19-da ABŞ-dan “Patriot” raket sistemlərinin satın alma müqaviləsi şərtlərini təkrarlayıb.
Türkiyənin təkəbbürlü lideri bildirib ki, Ankaranı “Patriot”ları satın almağa razı salmaq üçün Vaşinqton texnologiya transferi, ortaq istehsal və maliyyə dəstəyi verməni təklif etmir.Tərcümə: Strateq.az