Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Təbiətin dəyişdiyi sərhəd xətləri:DEHLİ VƏ PEKİN DAĞLARDA NƏYİN DAVASINI APARIR?

Ceyms Palmer, Ravi Aqraval

“Foreign Policy”, 16.06.2020

 

Yenixeber.org: Gərginliyi azaltmaq üçün görülən son tədbirlərin ardınca Hindistan və Çin Bazar ertəsi, gecə sərhədləri boyunca ölümcül atışma aparıb. Toqquşmanın təfərrüatları hələ aydın olmasa da, 1975-ci ildən bəri bölgədə ilk ölüm halları qeydə alınıb.

Hindistan ordusu 1 zabit və 2 əsgərinin öldüyünü etiraf edib, sonrakı məlumatlara görə, 17 əsgərin yaralandığı təsdiqlənib.

Hər iki tərəf Çin əsgərlərinin də öldürüldüyünü təsdiqləyir, lakin dəqiq say bilinmir (Çin ənənəvi olaraq itki barədə məlumat vermək istəmir). Döyüşlər Ladaxda, sözün həqiqi mənasında, “yüksək keçidlər diyarı”nda baş verib.

Münaqişənin mənşəyi nədir?

1950-ci illərdə ilkin dostluğa baxmayaraq, Hindistan və Çin arasındakı münasibətlər Himalay sərhədinə görə sürətlə pisləşib. Əsasən ingilis tədqiqatçılarının təyin etdiyi sərhəd xətləri, Tibet, Sikkim, Butan və Nepal kimi Himalay krallıqlarının statusu ucbatından aydın deyil və mübahisəlidir.

1962-ci ildə Çinlə qısa müharibə olub. Çin Hindistanla yaranan mübahisələrində Pakistanı dəstəkləyir və Çinin “Bir kəmər-Bir yol” Təşəbbüsü, xüsusən də Çin-Pakistan İqtisadi Dəhlizi Hindistanın qorxularını artırır.

Hazırkı sərhədi rəsmi olaraq heç bir tərəf qəbul etmir, o, sadəcə olaraq “Nəzarət Xətti” adlanır. 2017-ci ildə Çin mühəndislərinin Butan-Hindistan-Çin sərhədindəki mübahisəli ərazidən keçərək yeni yol salmaq cəhdi Doklam yaylasındakı Çin və Hindistan əsgərləri arasında 73 günlük döyüşə səbəb olub. Doklamdan sonra hər iki ölkə sərhəd boyu yeni hərbi infrastruktur qurub. Məsələn, Hindistan, Nəzarət Xətti ilə əlaqəsini yaxşılaşdırmaq üçün yollar və körpülər tikib, atışma vəziyyətində təcili yardımı gətirmə qabiliyyətini kəskin şəkildə yaxşılaşdırıb. Bu il may ayının əvvəlində sərhəd boyu döyüş hər iki tərəfin yerli birlikləri artırmasına səbəb olub və o vaxtdan bəri çox sayda yüngül atışmalar baş verib.

Hər iki tərəf qarşı tərəfi dəfələrlə qəsdən sərhədi keçməkdə ittiham edib. Bazar ertəsi döyüşünə qədər diplomatiya yavaş-yavaş böhranı azaldırdı. Gələn həftə hər iki ölkə xarici işlər nazirlərinin virtual görüşü planlaşdırılmışdı.

Həm Çin, həm də Hindistanın etibarsız mediası var ki, bu da münaqişələri artıra bilər. Mətbuat fəndgirliyi eskalasiya üçün fürsətlər açır. 2019-cu ildə Hindistan və Pakistan arasında baş verən hava döyüşündən sonra hər iki tərəfin mediası öz ölkəsinin qalib gəldiyini iddia edib.

Problemləri çətinləşdirən dünyanın ən uzun işarələnməmiş sərhəd xəttinin fiziki olaraq dəyişən təbiətidir; qar, yağış, qayalıqlar və ərimə, xüsusən iqlim dəyişikliyi dağları bərbad hala gətirdiyi üçün xəttin haradan keçdiyini demək qeyri-mümkündür.

Keçmişdə oxşar zorakılıqlar olubmu?

1975-ci ildə Çin sərhədçiləri Hindistan patrulunun pusqusuna düşəndən bəri sərhəddə ölüm və ya atəş olmayıb. Lakin 1960-cı illərin sonlarında, “Mədəni İnqilab”ın yüksəklişi dövründə həm Hindistan, həm də Sovet İttifaqı ilə qarşıdurmalar baş verib. Hindistanla Sikkim-Tibet sərhəddində qısa, lakin qanlı toqquşmada yüzlərlə ölü və yaralı olub. Sovet sərhədində, Ussuri çayı boyunca döyüşdə də eyni sayda ölü vardı, ancaq gərginliklər Hindistanla müqayisədə daha yüksək dərəcədə artıb və o, ən yüksək səviyyəli diplomatiya ilə yatırılıb.

Hindistan, “hər iki tərəfin” vəziyyəti pisləşdirməyə çalışdığını açıqlayıb, ancaq Çini sərhədi pozmaqda və iki tərəf arasındakı son razılaşmalardan imtina etməkdə günahlandırıb. Çinin təpkisi daha təhdidkardır: o, Hindistanı “hər iki tərəfin də iddia etdiyi” ərazidə – Ladaxdakı Qalvan vadisində “qəsdən fiziki hücumlar başlatmaqda” günahlandırıb.

2017-ci ildə Doklam böhranı müvəffəqiyyətlə ləğv edildikdən və Çinin Uhan şəhərində Çin prezidenti Si Zinpinlə Hindistanın baş naziri Narendra Modi arasında baş tutan zirvə görüşündən sonrakı hadisələr asanlıqla nəzarətdən çıxa, Bazar ertəsi atışmasından doğan ölümlərin ardınca intiqam hissi yarana bilər. Koronavirus Çində onsuz da siyasi qeyri-müəyyənlik yaradıb və “döyüşçü-canavar” diplomatiyasının yeni təcavüzkar formasına səbəb olub. Çinli səlahiyyətlilər üçün təvazökarlıq və təmkin getdikcə təhlükəli hala gəlir.

Hindistan tərəfində Pekinin subqitəni mühasirəyə alması barədə artan əsəbilik var. Çin Pakistanı əsas müttəfiq sayır; son illərdə Hindistandan uzaqlaşan Şri Lanka və Nepalda da onun təsiri artır və Pekin Banqladeşə böyük infrastruktur sərmayəsi yatırıb. Bu arada, 1960 və 70-ci illərdə Hindistanla Çinin son iki ölümcül toqquşmalarından bəri çox şey dəyişib. Bu gün Çinin ÜDM-i Hindistanın ÜDM-indən 5 dəfə çoxdur və müdafiəyə 4 qat daha çox vəsait xərcləyir.

Son toqquşmadan sonra, məsələn, hindular, Çin mallarını boykot etmək üçün səfərbər olublar. Hindistanın “Google Play Store”-da qısa müddətə “Çin Proqramlarını Sil” («Remove China Apps») tətbiq edilir.

Gərginliyin artması Çindəki hindliləri də riskə atıb. Koronavirus böhranına görə sayları bir qədər azalsa da, ölkədə əhəmiyyətli hindu biznes və tələbə icması mövcuddur. Doklam böhranı zamanı Pekin polisi hinduların evlərini izləyib.

Gərginləşən böhran mütləq tam müharibə demək deyil. Amma sərhəd boyunca aylarla davam edən atışmalar və qəzəbli mübadilə demək olar ki, daha çox ölümlə nəticələnə bilər. Əlbəttə, əsl atəş mübadiləsi ola bilər. Amma Himalay bölgəsindəki şərtlər hərbi hərəkətləri ciddi şəkildə məhdudlaşdırır: qoşunların hündürlükə uyğunlaşması üçün iki həftəyə qədər vaxt lazımdır, maddi-texniki təchizat və hava əlaqəsi həddindən artıq məhduddur.

Ciddi hərbi münaqişə vəziyyətində əksər təhlilçilər Çin ordusunun üstünlüyə sahib olacağına inanırlar. Amma 1979-cu ildə Vyetnamın işğalından bəri müharibə aparmayan Çindən fərqli olaraq, Hindistan Pakistanla müntəzəm döyüşlər aparır və daha təcrübəli hərbi qüvvəyə malikdir.

Münaqişənin daimi həlli varmı?

Çin 1990 və 2000-ci illərdə Rusiya və digər sovet varisi dövlətlərlə sərhəd ərazilərin kütləvi mübadiləsi yolu ilə həll edib. Lakin Himalay ərazi mübahisələri daha həssasdır və onu həll etmək çətindir.

Bir tərəfdən, sərhədlər boyu yüksəkliklərə nəzarət gələcək münaqişələrdə hərbi üstünlük verir. Resurs problemləri, xüsusən də su çox vacibdir: 1.4 milyard insan Himalayla qidalanan çaylardan çəkilən sudan asılıdır. Şimal sərhədi boyunca genişlənən ikitərəfli qarşıdurmalardan fərqli olaraq bu münaqişədə bir çox tərəf iştirak edir: Nepal, Butan, Çin, Pakistan və əlbəttə, Hindistan. Bunun üzərinə Hindistanın sancmalarına uyğunlaşan Çinin artan gücünü və millətçiliyini əlavə edin, uzunmüddətli həll perspektivləri cılız görünür.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam