Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dollarla krediti olanlara ekspertdən MƏSLƏHƏT

 

“Mərkəzi Bankın İdarə Heyətinin məlum qərarından ən çox ziyan çəkənlər dollarla kredit görtürən və manatla əmanəti olanlardır”.
"Xeberinfo.com":  Məlumata görə, bu sözlərlə iqtisadçı ekspert Qubad İbadoğlu Feysbuk hesabında məlumat paylaşıb. Ekspert dollarla krediti və manatla əmanəti olan vətəndaşlara öz məsləhətlərini verib.
Q.İbadoğlu qeyd edib ki, dollarla olan kredit probleminin həllində banklar da maraqlı olmalıdır:
Öncə son günlər bəzi hüquqşünas dostlarımızın dollarla olan kreditin geri qaytarılmasına dair şərhlərinə aydınlıq gətirək. Onların istinad etdiyi Mülki Məcəlləninin 439.7-ci maddəsində göstərilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Təəssüf ki, hüquqşünaslarımız məhz bu maddənin təsvirində yanlışlığa yol verirlər. Baxmayaraq ki, orda aydın şəkildə yazılıb ki, valyuta ilə ödəniş edilərkən öhdəlik əmələ gəldiyi tarixə, yəni Mərkəzi Bankın faizlər və əsas borc ödənilən günə olan rəsmi məzənnəsi ilə həyata keçirilməlidir. Bu isə o deməkdir ki, dollarla krediti olanlar borca və faizə görə öhdəliklərini yerinə yetirərkən yeni məzənnə ilə ödəniş aparmalıdırlar. Odur ki, bu maddəni kənara qoyaq, o işə yaramır. İqtisadi məntiqə görə, dollarla olan kredit probleminin həllində banklar da maraqli olmalıdırlar, çünki yüksək faizlərlə verdikləri kreditə yeni məzənnə fərqindən yaranmış xərcləri də əlavə etdikdə əksər müştərilər banklar qarşısında öz öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirə bilməyəcəklər, bu isə vaxtı keçmiş borcların artmasına və öz növbəsində bankların da maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Fikrimizcə, dollarla kredit götürənlər qarşılaşdığı problemlərini həll etmək üçün hazırkı situasiyada Mülki Məcəllənin başqa maddəsinə və eyni zamanda da müqavilə bəndlərinə istinad edərək dərhal banka ərizə ilə müraciət etməlidirlər. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir”.
Dollarla kredit götürənlərə məsləhət
Q.İbadoğlu qeyd edib ki, fors-major halı kimi qiymətləndirilən dəyişiklik baş verəndə tərəflər baş verən dəyişikliyi müzakirə edə bilərlər və bunun üçün də tərəflərdən birinin məsələ ilə bağlı dərhal yazılı müraciəti olmaldır:
“Beləcə, dollarla kredit götürənlərə tövsiyəm odur ki, öz banklarına müqavilənin şərtlərinə yenidən baxılmasına dair yazılı müraciət etsinlər və inanıram ki, banklar hazırkı situasiyada optimal qərarlar verməkdə maraqlı olacaq və tərəflər müqaviləni dəyişmiş şəraitə uyğunlaşdıracaqlar. Eyni zamanda, fürsətdən istifadə edib manatla əmanəti olanlara da tövsiyə etmək istəyirəm ki, onlar da yuxarındakı maddələlərə və imzaladıqları müqavilədə göstərilən fors-major halına istinad edərək banka yazılı müraciət göndərsinlər və manatla olan depozitlərin faiz dərəcəsini artırmağı qarşı tərəfdən xahiş etsinlər. İndiki situasiyada kommersiya bankları da manatla əmanətlərin faiz dərəcələrinin artırılmasında maraqlı olmalıdırlar. Əks təqdirdə onlar manat çatışmazlığı ilə üzləşərək, normal fəaliyyət göstərə bilməyəcəklər. Eyni zamanda manatla olan əmanətlərin həcmində kəskin azalma müşahidə olunacaq və manata olan etibar ciddi şəkildə aşağı düşəcək. Odur ki, ilk növbədə banklara üz tutmaq və yazılı müraciətlə narahatçılığı ifadə etmək lazımdır. Banklar müştərilərə dəymiş ziyanın bir hissəsini kompensasiya etmək üçün kütləvi daxil olan müraciətlərə adekvat reaksiya vermək məcburiyyətindədirlər. Çünki bu onların da marağındadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam