Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Milli Şuradan manatın ucuzlaşmasına etiraz

 

Demokratik Qüvvələrin Milli Şurası manatın inzibatı devalvasiyası ilə bağlı bəyanat yayıb.

"Xeberinfo.com":  Məlumata görə, bəyaatda deyilir:
21 fevral 2015-ci il tarixində Azərbaycan Mərkəzi Bankı manatın inzibatı devalvasiyasını həyata keçirməklə milli valyutamızın yeni kursunu müəyyən etdi. Bu kursa görə bir ABŞ dolları 1.05 manat, bir Avro 1.19 manata bərabərləşdirildi. Bununla da, bir günün içində maaşlarını, təqaüdlərini, pensiyalarını və müavinətlərini manatla alan, əmanətlərini banklarda manatla saxlayan vətəndaşlarımız 34 faiz müflisləşdi. Bu, Azərbaycan hakimiyyəti tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən və gerçəkdən də, analoqu olmayan soyğunçuluq siyasətidir. Son illər ərzində ölkəyə daxil olan təqribən 115 milyard həcmində neft gəlirlərinin böyük bir hissəsinin talanması, hakimiyyətin ən yuxarı pilləsində olan bir qrup şəxs tərəfindən qəsb edilməsi, ölkə hüdudlarından çıxarılaraq müxtəlif ofşor ərazilərə yerləşdirilməsi bu soyğunçuluq siyasətini zəruri edən şərtlər olub. Təəssüf ki, bu illər ərzində asan əldə edilən neft milyardlarının məstedici təsirindən və bu sərvətin gerçək sahibi olan xalqımızın bu talanançılığa laqeydliyindən və susqunluğundan ilhamlanan siyasi rejim insanların iqtisadi müstəqilliyini boğmaqla onların siyasi fəallığını əngəlləməyi, müqavimət qabiliyyətini zəiflətməklə öz hakiyyətinin möhkəmliyini təmin etməyi özünün başlıca məqsədlərindən birinə çevirmişdir. Ölkədə maddi sərvət istehsal edən real iqtisadiyyatın inkişafına imkan verilməmiş, ən yüksək səviyyədə himayə olunan inhisarçılıq azad rəqabət, sərbəst sahibkarlıq imkanlarını aradan qaldırmış, qeyri-neft sektorunun inkişafına şərait yaradılmamış, kənd təsərrüfatı məmur-inhisarçıların maraqları naminə məqsədli şəkildə məhv edilmiş və ölkə bütünlüklə, neft gəlirlərindən asılı vəziyyətə salınmışdır. Nəticədə, neftin qiymətinin kəskin şəkildə azalması yalnız neft gəlirləri, Neft Fondundan transfertlər və neft vergilərindən formalaşan dövlət büdcəsində böyük kəsir əmələ gətirmişdir. Təəssüf ki, xalqımızın milli sərvəti olan neftdən gələn milyardları mənimsəyən hakimiyyət bu kəsiri də xalqın cibinə girməklə ona ödətdirmək yolunu seçdi. Siyasi rejimin heç bir çərçivəyə sığmayan dəbdəbəsi, zənginliyi, bəzənsə, harınlığının hesabını bu gün öz 150-200 manatlıq maaşlarının, təqaüdlərinin, pensiyalarının 34 faizini büdcə kəsirini bağlamaq üçün itirməli olan sadə və aztəminatlı vətəndaşlarımız ödəməli olacaqlar.
Milli Şura onsuz da ağır sosial məhrumuyyətlərlə üzləşən, cüzi maaşı və pensiyası ləyaqətli həyat yaşamağa imkan verməyən Azərbaycan vətəndaşlarına qarşı dövlət səviyyəsində həyata keçirilən bu misli görünməmiş qarət və soyğunçuluq siyasətini qətiyyətlə pisləyir. Milli Şura olaraq biz, Azərbaycan hakimiyyətindən bu məsuliyyətsiz, ölkəni kütləvi bahalaşmaya, yüksək inflyasiyaya və xaosa sürükləyən addıma, talan edilmiş neft gəlirlərinə və hazırki durumu bizim üçün qaranlıq olan Neft Fondunun ehtiyatlarına və digər milli strateji ehtiyatlara görə Azərbaycan xalqı qarşısında hesabat verməyi və belə antimilli siyasətdən əl çəkməyi tələb edirik.

 

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam