Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Dolların bahalaşmasından sonra bizi gözləyən çətinliklər

 

“Hökumətin birdən-birə dolların məzənnəsi ilə bağlı belə bir addım atması sürpriz oldu. Əslində gözlənilən bu idi ki, qiymətlərlə bağlı yumşaq və addım-addım endirimlər müşahidə olunacaq. Əgər manatın dollara nisbətən ucuzlaşmasını birdən-birə etməsəydilər elə də ciddi problemlər olmayacaqdı.”

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri İnterAz-a iqtisadçı-ekspert Natiq Cəfərli Mərkəzi Bankın qərarına əsasən bu gündən etibarən 1 ABŞ dollarının bahalaşaraq 1,05 manat olması səbəbləri ilə bağlı açıqlama verərkən qeyd edib.

 

Müsahibin sözlərinə görə, hökumət bu addımını qeyri-neft sektorundakı ixracatın potensialını artırmaqla izah etməyə çalışır:

 

“Lakin əsaslandırma olduqca absurddur. Çünki Azərbaycanda qeyri-neft sektorunun ixracat payı cəmi 2-3% təşkil edir. Bir sözlə ölkədə qeyri-neft sektorunda fəaliyyət göstərən müssisələrin xaricə mal ixrac etmək qabiliyyət yox səviyyəsindədir. Sözügedən sahənin potensialını artırmaq üçün isə bir neçə il ciddi çalışmaq lazımdır. “

 

Qeyri neft sektorunun inkişafının təkcə dolların kursunun bahalaşdırmaqla inkişaf etdirməyin mümkün olmadığını söyləyən ekspert, “bunun üçün ölkədə inhsarçılığa son qoyulmalı, korrupsiya və monopilayanın qarşısı alınmalıdır”, - deyə bildirdi:

 

“Eyni halda hökumət xüsusi dövlət proqramları hazırlamaq və endirimlər etməklə qeyri-neft sektorunun inkişafına ciddi şəkildə dəstək verməlidir. Əslində hökumətin belə bir addım atmasının səbəbi Mərkəzi Bankın əlindəki rezervlərin tükənməsi ilə bağlıdır. Çünki, neftin qiyməti ilə bağlı baş verənlərdən sonra əhali arasında ciddi panika yarandı və insanlar əllərindəki manatları qısa bir zamanda dollara çevirməyə başladılar.”

 

Ekspert onu da əlavə etdi ki, hazırda xaricə ən böyük ixracat edən şirkət SOCAR-dır və onlar da nefti dollarla satırlar: “Nəticədə uduzan yenə Azərbaycan olacaq. Bir sözlə Mərkəzi Bank tərəfindən verilən bu qərarın heç bir məntiqi izahı yoxdur. Ən böyük problem bundan ibarətdir ki, həm hökumət, həm də Mərkəzi Bank cəmiyyətlə dialoq qura bilmir.”

 

Sonda Natiq bəy bildirdi ki, dolların manata nisbətən məzənnəsinin bu qədər artmasından sonra ölkədə ciddi qiymət bahalaşması və inflyasiya baş verəcək: “Biz bunu yaxın günlərdə hiss edəcəyik. Çünki Azərbaycanda ərzaq məhsullarının böyük əksəriyyəti xaricdən gətirilir və onların alış-satışı da dollarla edilir. Bu isə qiymət artımının təbii şəkildə artımına gətirib çıxaracaq.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam