Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Manata görə heç kəs panikaya düşməsin”

 

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun manatın kursunun düşəcəyi barədəki xəbərdarlığı əhali arasında böyük ajiotaja səbəb olub.

"Xeberinfo.com":  Məlumata görə, İqtisadçı-ekspert Samir Əliyev aznews.az-a açıqlamasında əhalini panikaya düşməməyə çağırıb: “Əhali arasında çaşqınlıq yaranıb, buna isə ehtiyac yoxdur. Söhbət qəfildən ucuzlaşmadan getmir. Çünki Mərkəzi Bank manatın məzənnəsinin müəyyən edilməsinin yeni mexanizmini tətbiq etməyə başlayıb. Əslində bu, bizdə 2011-ci ildən var idi. Manatın dəyərdən düşməsi tədricən davam edəcək. Bir ay ərzində manat bir faizə qədər düşə bilər. Bu bir faizə görə isə əhalinin valyuta dəyişmə məntəqəsinə getməsinə ehtiyac yoxdur”.

Samir Əliyev əlavə edib ki, əslində Mərkəzi Bank buna getməyə məcbur olub: “Əgər neft gəlirlərinin azalması fonunda qeyri-neft sektoru inkişaf etmirsə, mütləq milli valyutanın məzənnəsi elə səviyyədə olmalıdır ki, biz xaricə məhsul ixrac edə bilək. Manatın öz məzənnəsi buna imkan vermirdi, çünki çox baha idi. Qonşu ölkələrin hamısında valyutalar ucuzlaşırdı, amma bizim manat baha oldudundan xaricə mal aparıb satmaq sərf etmirdi. Ona görə Mərkəzi Bank bu addımı atıb. Bank iki yoldan birini, yəni az ağrılı yolu seçib. Əgər birdən-birə aşağı salsaydı, vətəndaşlarda şok yaranardı. Amma Mərkəzi Bank buna getmədi. Bu addımı normal qəbul edirəm”.

Ekspert onu da bildirib ki, əgər neft kəskin ucuzlaşmasa, yaxud da fövqəladə hadisə baş verməsə, bir manatın bir dollara bərabər olması gözlənilmir: “Ən yaxşı halda bir manat 90 qəpiyə kimi ucuzlaşa bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam