Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Manat ajiotajı durmadan artır

 

Mərkəzi Bankın optimist çağırışları nəticə vermir; banklar dollar satışını maksimum məhdudlaşdırıb
 
"Xeberinfo.com":  Məlumata görə, manatın məzənnəsindəki eniş davam etməkdədir. Valyuta məntəqələrində dollar satışı da dayandırılıb. Mərkəzi Bankın dollar satışını bərpa etməklə bağlı banklara göstərişi nəzərə alınmır. Bir sıra valyuta dəyişmə məntəqələri isə Mərkəzi Bankın elan etdiyi kursdan tam fərqli kursla dollar satışını həyata keçirirlər. Bu arada isə manatın məzənnəsi ilə bağlı yaşananların gələcəyi ilə bağlı müxtəlif proqnozlar verilməkdədir. 
“Manatın ucuzlaşması yalnız 5-7 qəpik səviyyəsində özünü göstərə bilər. Biz çalışacağıq ki, bu azalma insanların sosial durumuna, onların pensiyalarına, əmanətlərinə təsir etməsin”.
 
 
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin üzvü Vahid Əhmədov bildirib. Manatın ucuzlaşmasının mənfi tərəfinə toxunan V. Əhmədov qeyd edib ki, ciddi devalvasiya insanların sosial şəraitinin pisləşməsinə və bazarda qiymətlərin bahalaşmasına təsir edə bilər.
V.Əhmədovun fikrincə, bu il Azərbaycanda dollar maksimum 85 qəpiyə qədər bahalaşacaq. Onun sözlərinə görə, bu məsələni Azərbaycan Mərkəzi Bankının Idarə Heyətinin sədr müavini Alim Quliyevlə müzakirə edib. V.Əhmədov onu da bildirdi ki, neftin ucuzlaşması ilə əlaqədar olaraq 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 7 milyard manatlıq investisiya xərclərinin 2 milyard manatından imtina olunub.
 
“Manat dollara nisbətdə maksimum 90 qəpiyə qədər qalxa bilər”
 
 
Millət vəkili, iqtisadçı Əli Məsimli də hesab edir ki, ilin sonuna qədər manatın dollara nisbətdə məzənnəsi maksimum 90 qəpiyə qədər qalxa bilər.
Manatın məzənnəsinin düşməsinin fonunda Mərkəzi Bank ehtiyatlarından 160 milyon dollar xərcləməli olub. Bu vəsait son bir neçə gün baş verən hadisələrin qurbanıdır.
Digər bir tərəfdən baş verən olaylarda daha bir təzadlı məqam hökumət təmsilçilərinin manatın məzənnəsinin düşməsinin pensiya və maaşlara təsirsiz ötüşəcəyi ilə bağlı dedikləridir. Amma məntiq tam əksini deyir. Əgər manatın məzənnəsi sərbəst buraxılmamışdan əvvəl təqaüdçü 160 manat təxminən 200 dollar pensiya alırdısa, manatın dəyəri düşüb, dollar qalxdıqdan sonra 160 manat artıq 200 dollar etməyəcək.
 
“Manat ilin sonuna qədər 10-15 faiz ucuzlaşacaq”
 
 
“Ölkədə istehlak olunan ərzağın 55-60%-i xaricdən gətirilir. Manatın ucuzlaşması təbii ki, gətirilən məhsulun qiymətinə də təsir göstərəcək”. Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, manat ilin sonuna qədər 10-15 % ucuzlaşacaq: “Hökumət, Mərkəzi Bank manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Görünür, addım-addım, yumşaq şəkildə məzənnənin dəyişilməsinə gedəcəklər və ilin sonuna qədər manat 10-15% civarında ucuzlaşacaq”.
Onun fikrincə, inflyasiyanın, qiymət artımının qarşısını inzibati yolla almaq mümkün olmayacaq. Ölkədə qeyri-neft sektorunun ixracatda payı 2%-dən çox deyil, ona görə də, ucuz manatın bu sahədə ixracatın artmasına kömək edəcəyi fikiri mübahisəlidir.ÿ
Ümumiyyətlə, 2015-ci ilin “ulduzu” dollar olacaq. Çünki ABŞ iqtisadiyyatı daha tez dirçəlir və inkişaf edir, avrozonada problemlər qalır. Hətta bu il kredit, daşınmaz əmlak, avtomobil bazarında da “dollarlaşma” olacaq, yəni bu proseslər dollar üzərindən aparılacaq.
 
“Mərkəzi Bank yenə valyuta ehtiyatlarından xərcləməyə məcbur olacaq”
 
 
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Mərkəzi Bank Elman Rüstəmovun son günlər etdiyi çağırışları və izahatları başa düşmək olar. N.Əliyevin sözlərinə görə, bu açıqlamalar cəmiyyətdə fəallaşan psixoloji faktorun neytrallaşdırılması məqsədi daşıyır. N.Əliyevin fikrincə, amma bu məlumatlar yalan səviyyəsinə çıxardılmamalıdır: “Ya belə görünür ki, Elman Rüstəmovun bazarda real baş verənlərdən xəbəri yoxdur, ona bu istiqamətdə yalan məlumatlar verirlər, ya da özü bilərəkdən yanlış məlumatlar verir. Çünki Mərkəzi Bankın rəhbərinin açıqlamasına baxmayaraq valyuta dəyişmə məntəqələri vətəndaşlara dollar satmırlar. Bu isə dollar satışı ilə bağlı ”qara bazarı" fəallaşdırıb. Amma Mərkəzi Bank yenə də öz rezervlərindən xərcləmək məcburiyyətində qalacaq. Dolların manata nisbəti 80-90 qəpik civarında qala bilər. Amma bunun üçün bir sıra tədbirlər görülməsə bu göstərici bir qədər artıq da ola bilər".
N.Əliyev bildirdi ki, tendensiya onu göstərir ki, xarici ticarət dövriyyəsi getdikcə pisləşir. Və bu xətt üzrə ölkəyə valyuta axınları ciddi şəkildə məhdudlaşır. Bundan başqa investisiya xərclərinin də məhdudlaşdırıldığını deyən N.Əliyev vurğuladı ki, əgər hökumət qeyri-neft sektorunu stimullaşdıra bilməyəcəksə o zaman manatın məzənnəsi 90 qəpiyi də keçə bilər: “Hökumətin tədbir görməməsi qeyri-neft sektorundakı durumu bir qədər də ağırlaşdırır. Ölkənin iqtisadi sektorunda baş verənlər onu deməyə əsas verir ki, Mərkəzi Bank yaxasını kənara çəkməyə çalışsa da o yenə valyuta ehtiyatlarından xərcləməyə məcbur olacaq. Vergi dərəcələrinin qaldırılması, enerji daşıyıcılarının aşağı salınmaması qeyri-neft sektorunun inkişafına mane olur”.
N.Əliyev onu da bildirdi ki, hökumətin manatın məzənnəsinin düşməsinin əmək haqları və təqaüdlərə təsir göstərməyəcəyini bəyan etməsi əsassızdır. Çünki manatın düşüşü qiymət artımına səbəb olacaq ki, bu zaman da əmək haqları və təqaüdlərin aşağı olması sosial çətinlikləri dərinləşdirəcək.
Azadlıq.info

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam