Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Tramp İranın Venesuelaya neft satışını əngəlləyir - Səfir XİN-ə çağrıldı, nazir BMT-nin Baş katibinə şikayət etdi

Bazar günü İran BMT-yə şikayət edib, ABŞ-ın Tehrandakı maraqlarını təmsil edən İsveçrə səfirini çağırıb. Səbəb Vaşinqtonun İranın Venesuelaya yanacaq göndərməsinə qarşı ata biləcəyi addımlardr.

Yenixeber.org: ABŞ Prezidenti Donald Tramp administrasiyasında aparıcı rəsmilərdən biri ötən həftə Birləşmiş Ştatların İranın böhran içində olan Venesuelaya yanacaq göndərməsinə qarşı tədbirlər görməyi nəzərdən keçirdiyini deyib.

OPEC üzvləri olan İran və Venesuelanın neft sektorları ABŞ sanksiyaları altındadır. Tramp administrasiyası rəsmisi konkret hansı tədbirlərin nəzərdən keçirildiyini açıqlamasa da, variantların Trampa təqdim olunacağını söyləyib.

İran Xarici işlər nazirinin müavini Abbas Araqçı bazar günü İsveçrə səfirilə ilə görüşündə ABŞ-ın İran tankerlərinə qarşı hər hansı təhdidi ilə bağlı xəbərdarlıq edib. Məlumat nazirliyin vebsaytında yerləşdirilib.

Xarici işlər naziri Məhəmmdə Cavad Zərif isə BMT-nin Baş katibi Antonio Quterresə məktub yazıb.

"İran belə qorxutma siyasəti və qanunsuz təcrübələrə qarşı legitim hüquqlarını və maraqlarını təmin etməkdən ötrü… bütün müvafiq və lazımlı tədbirləri görmək, qətiyyətli addım atmaq hüququnu saxlayır. Bu hegemon güc diplomatiyası beynəlxalq ticarət və gəmiçilik azadlığına, enerjinin azad axınına ciddi təhdid yaradır. ABŞ-ın İranın neft satışını pozmaqda ötrü məcburedici addımlara əl atmaq cəhdləri təhlükəli eskalasiyadır”, – Zərif yazıb.

İran limanında yanacaqla doldurulmuş azı bir tanker Venesuelaya yola düşüb. Bunu ötən həftənin çərşənbə günü gəmilərin hərəkətini izləyən Refinitiv Eikon təşkilatı bildirib. Hazırda Venesuelada kəskin benzin qıtlığı yaranıb və bu yük həmin problemə qismən kömək edə bilər.

Sosialist Prezident Nikolas Maduro hökuməti iqtisadi iflas içindədir, ölkədə benzin, digər emal olunmuş yanacaq məhsulları çatışmır. Venesuela xam neft istehsal etsə də, iqtisadi böhran infrastrukturuna ciddi ziyan vurub.(Azadliq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam