Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İraqda rus neft nəhəngləri: MOSKVA BAĞDADDA YENİ HÖKUMƏTİN QURULMASINA ÜMİD BAĞLAYIR

Ruslan Məmmədov

“Əl-Monitor”, 27.04.2020

 

Yenixeber.org: Rusiyanın İraqdakı əsas biznes maraqları enerji sektorundadır və o, qlobal neft-qaz bazarından asılıdır. Yeni koronavirus pandemiyası və dəyişkən neft qiymətlərinə baxmayaraq, Rusiyanın neft nəhəngləri bu ölkədə fəaliyyətini davam etdirirlər.

Rusiyanın İraqdakı səfiri Maksim Maksimov “İnterfaks” xəbər agentliyinə verdiyi son müsahibədə deyib: “İraqdakı ofislər və Rusiya şirkətlərinin filialları həmişəki kimi işləyir. Əlbəttə, COVID-19-a qarşı bütün lazımi tədbirləri görürlər. Yerdəki vəziyyət kəskin şəkildə pisləşərsə, rus işçilərinin həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaranarsa, operatorlarımız, hətta vətənə qayıtmağı da əhatə edə biləcək xüsusi sınanmış konkret plana sahibdirlər. Ancaq ümid edirik ki, bu ssenarilərə müraciət etmək lazım olmayacaq”.

OPEK + sazişindən danışan Maksimov bildirib: “İraqda qlobal neft hasilatının azaldılması ilə bağlı razılıq mütləq dəstəklənəcək. Bu, səlahiyyətlilərə büdcə siyasətini sabitləşdirməyə və iqtisadiyyatın bərpası üçün səylərini davam etdirməyə imkan verəcək”.

Bununla belə, səfir mövcud riskləri qeyd edib. Mart ayında İraqın neft gəlirləri, fevral ayındakı 5 milyard dollarla müqayisədə təqribən 41% azalaraq 3 milyard dollar olub. Neft hasil edən ölkələrin büdcələri neft satışından birbaşa asılı olduğundan iraqda da “vəziyyət yaxın gələcəkdə ağır ola bilər”.

Bundan əlavə, İraqın neftlə bağlı öhdəliklərini yerinə yetirməsi üçün bəzi aspektlər həyata keçirilməlidir. Hökumət kəsir payını Rusiya şirkətləri və digərləri ilə birlikdə müzakirə edəcək. İraq Kürdüstanı hökuməti artıq Rusiyanın “Qazprom” şirkətindən Sarqala neft layihəsinə yatırımını azaltmağı istəyib, lakin şirkət bundan imtina edib. Vəziyyət Rusiyanın, “Lukoil”, “Rosneft” və “Başneft” də daxil olmaqla, İraqdakı digər neft və qaz şirkətlərinə də təsir edə bilər.

İraqdakı siyasi böhran da ikitərəfli əlaqələrə təsir göstərib. Bu, keçən ilki kütləvi etiraz aksiyaları zamanı baş nazir Adil Əbdülmehdinin istefası və sonradan yeni hökumətin qurulmamasına görə meydana gəlib.

Maksimovun Rusiyanın “RİA Novosti” agentliyinə hələ fevral ayında verdiyi müsahibədə söylədiyi kimi: “Keçən il, müəssisə rəhbərlərinin səfərləri ilə birlikdə, Moskva və Bağdada bir sıra əhəmiyyətli səfərlər təxirə salınıb. İraq spikeri Məhəmməd əl-Halbusi və bəzi parlament komitələrinin rəhbərləri bu il Rusiyaya gələcəkdilər. Bu, İraq hökumətinin ən qısa müddətdə formalaşmasını tələb edir”.

İraqın Moskvaya yeni təyin olunmuş səfiri Əbdülrəhman Həmid Məhəmməd əl-Hüseyni də həmin fevral ayında qarşıdakı görüşlər haqqında danışıb. O, həmçinin tərəflərin İraq prezidenti Bərham Salihin, hökumət qurulan kimi, Moskvaya səfərinin planlaşdırıldığını söyləyib.

Hər iki ölkənin səfirləri bu ay Moskvada Rusiya-İraq Ticarət və İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın müntəzəm iclasını keçirmək planı barədə də məlumat veriblər. Rusiya baş nazirinin müavini Yuri Borisov və İraqın xarici işlər naziri Məhəmməd Əli əl-Həkim iclasa sədrlik edəcəklər. Buna baxmayaraq, hökumətdəki növbəti dəyişikliklər yenə də planlara təsir göstərə bilər.

İraqın baş naziri təyin edilən keçmiş kəşfiyyat rəisi Mustafa əl-Kazimi əvvəlki namizədlərə nisbətən daha yüksək uğura imza atır. Bu baxımdan iki cəhət diqqətəlayiqdir: Moskva və İraq parlamentindən siqnallar.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprel ayında Moskvanın İraqda siyasi sabitlik əlamətlərini görməyə ümid etdiyini söyləyib. Onun sözlərinə görə, “yeni milli hökumət mümkün qədər erkən formalaşdırılmalıdır. Kaziminin bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirəcəyi qənaətindəyik. Çünki İraqdakı əksər parlament fraksiyaları onun namizədliyini dəstəkləməyə hazırdır”.

Eyni mətbuat brifinqində Zaxarova bildirib ki, Rusiya “İraqı qisas meydanına çevirməyin yolverilməz hesab edir, bunun beynəlxalq hüquq və ölkənin suverenliyini pozduğu və milli maraqlarına zərər verdiyini düşünür”.

Görünür, o, İraqın İran və ABŞ arasında proksi müharibəsi üçün döyüş meydanına çevrilə biləcəyi ilə bağlı narahatlıqlara eyham vurub.

İraq parlamentinin üzvləri Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemini satın almağın zəruriliyi barədə açıqlamalar veriblər. Həqiqətən, yanvarın 3-də ABŞ İranın “Qüds” Qüvvələrinin lideri Qasim Süleymani və İraqın Xalq Səfərbərlik Bölmələri başçısının müavini Əbumehdi əl-Mühəndisi öldürüldüyü zaman ölkənin səmaya nəzarət etmək imkanları məhdud idi. İran ABŞ-ın İraqdakı hərbi bazalarını hədəf alaraq buna cavab verib.

O dövrdə ölkə parlamenti bütün xarici qoşunların əraziləri tərk etmələrini tövsiyə edib. Bağdad, “S-400” də daxil olmaqla, hava hücumundan müdafiə sistemlərinin alınmasını düşünür.

İraq, ABŞ-ın öz hərbi bazalarda təhlükəsizliyi artırmaq üçün “Patriot” sistemlərinin ölkəyə yerləşdirilməsi qərarından məmnun qala bilməz. Hərəkətin təsirli olub-olmaması hətta Vaşinqtonda müzakirə mövzusudur, lakin ABŞ-ın ölkədə qalması ilə İraqdan çəkilmək planına uyğundur. Bu fonda İraq hərbi təchizat zəncirlərini şaxələndirməyə çalışır.

Kaziminin rəhbərlik etdiyi hökumətlə yanaşı, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsi “S-400”-ün satın alınmasına dair ətraflı araşdırma təqdim edib. Bunu “əl-Sabah”a açıqlamasında komitə üzvü Bədr əl-Ziyadi təsdiqləyib: “Artıq məsələ silahlı qüvvələrin ümumi komandanlığında müvafiq şəxslərlə müzakirə edilib və indi baş nazirin razılığını gözləyir”.

Rusiya səfiri Maksimov bildirib ki, hələlik rəsmi müraciət daxil olmayıb. “Son hadisələr, şübhəsiz ki, Rusiyanın müdafiə sistemlərinə, xüsusən “S-400” zenit kompleksinə daha çox maraq oyadıb. Daha əvvəl dediyim kimi, İraqdan tələb alsaq, bunun üzərində işləyəcəyik”.

Tərəflər bunun fərqli regional risklər və ABŞ-ın sanksiyalarını doğuracağını bilirlər. Bundan əlavə, Bağdada sabit hökumət lazımdır. Üstəlik, İraqda parlament seçkiləri keçirilə biləcəyi üçün hərbi və texniki əməkdaşlıqla bağlı ciddi müzakirələr yeni hökumət qurulana qədər təxirə sala bilər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam