Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Arif Hacılının “qəzəb gəldi, ədəb getdi” missiyası”

 

Mən bağlı qapılar arxasında sövdələşmələrə getmirəm, sözümü, fikrimi açıq, üzbəsurət deyirəm

"Xeberinfo.com":   Məlumata görə, Müsavat başqanı Arif Hacılının musavat.com saytında dərc olunan “Missiyamız” başlıqlı yazısı iqtisadçı-alim Qubad İbadoğluna qarşı ciddi ittihamlar irəli sürmüşdü. Buna Qubad İbadoğlunun cavabı özünü çox gözlətməyib. Həmin cavabı musavat.com-a istinadən dərc edirik.

* * * *

Arif Hacılı 90-cı illərdən qalma klassik üslubuna bir daha sadiqlik nümayiş etdirib, pafos və böhtan dolu bir yazını “bizim missiyamız” adı altında gün üzünə çıxarıb və elə hey məni anti-Müsavat kampaniyası aparmaqda, təhqir və böhtan yazmaqda ittiham edib. Hətta yazdıqca bir az da cuşa gəlib, uydurma fikirlərini dırnaq içərisinə salaraq məni qaralamaq üçün ictimaiyyətə nələrisə təlqin etməyə çalışıb.
Arif Hacılıya gələn vəhyə görə, “Sizin saxta seçkilərdən danışmağa haqqınız yoxdur”, “Hakimiyyətin korrupsiya fəaliyyətindən danışmayın” kimi absurd ittihamları guya mən ya yazmışam, ya da demişəm. Diqqətinizə bir daha çatdırıram, bütün “Facebook” açıqlamalarım səhifəmdədir, silməmişəm, mətbu orqanlara dediklərim isə müvafiq saytlarda qalır. Gedin bir də oxuyun. Görün ki, bütün açıqlamalarımın ruhunda partiya daxilində barışa, sülhə, həmrəyliyə çağırış var.
Ancaq yüz dəfə də oxusanız, bu işığı görə bilməyəcəksiniz, çünki mənə və ədalət, şəffaflıq, yenilik, dəyişiklik istəyən müsavatçılara olan nifrətiniz gözünüzü pərdələyib, qan çanağına döndərib.

Sizin missiya adlandırdığınız 4 min 500 işarəlik yazınız birinci cümləsindən sonuncuya, təpədən-dırnağa kimi şər, böhtan, nifrət, irin və çirkabla doludur. Tapşırığınızı icra edən simasızları qoyuram bir qırağa, təkcə iki qardaşınızın mənim ünvanıma söylədikləri böhtan və təhqirlərə görə ən peşəkarlar da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi!
Hakimiyyəti kimin korrupsiya və xalqın sərvətini talamaqda ittiham etməsini görmək üçün gözlük taxmanıza gərək yox. Mənim bütün fəaliyyətim açıqdır, şəffafdır, göz qabağındadır. Mən bağlı qapılar arxasında sövdələşmələrə getmirəm, sözümü, fikrimi açıq, üzbəsurət deyirəm.
Missiyanızı oxuyub, “təsirlənməmək” əldə deyil. Görün, partiyanı nə günə qoymusunuz ki, partiyadaxili demokratiya və şəffaflıq məsələsində Müsavatı YAP-la müqayisə edirsiniz. Bax, budur, Sizin demokratiya anlayışınız! Demokratiya faizlə ölçülmür, Arif Hacılı, az və ya çox demokratiya yoxdur. Demokratiya ya var, ya da yoxdur!

Sizdən fərqli olaraq mənim yeganə istinad mənbəyim ədalətdir. Ona görə də ölkədə insan haqlarının pozulmasına, 100-dək siyasi məhbusun olmasına da etiraz edirəm, 100 illik Müsavatın bu günə qalmasına da. Çünki ədalət istəyən, ilk növbədə, özü ədalətli olmalıdır!
Qaldı yazdığınız “anti – Müsavat mövqeyi ilə seçilən Rəsul Quliyev, Zərdüşt Əlizadə, iqtidar təbliğatının ruporu olan televiziya kanalları, mətbuat orqanları” ittihamına, mən nə Rəsul Quliyevin, nə də Zərdüşt Əlizadənin həqiqi Müsavata qarşı çıxdıqlarını görməmişəm. Məgər Rəsul bəy, Zərdüşt bəy və məni müdafiə edən onlarla digər siyasətçilər düşündüklərini söyləmək üçün Arif Hacılıdan ərizələrinə dərkənar qoymağı gözləməlidirlər?!

İftira atırsınız, mən iqtidar təbliğatının ruporu olan televiziya kanallarına, mətbuat orqanlarına müsahibə verməmişəm, partiyada barışıq olması, ocağın körüklənməməsi naminə dəfələrlə onların dəvətini geri çevirmişəm. Yalnız ANS kanalında danışmışam. Onda da həmişəki kimi sizə səslənmişəm: “Müsavatı parçalamayaq, gəlin oturub, hər şeyi müzakirə edək, problemdən yeganə çıxış yolu ədalət istəyən müsavatçıların partiyadan qovulması deyil, açıq müzakirədir”, demişəm, bütün sivil vasitələrdən istifadə etməyə çağırmışam.

Gedin yazdıqlarınızı soyuq başla bir də oxuyun, ya da ədalətinə ən çox güvəndiyiniz adama oxutdurun, onda biləcəksiniz ki, bu irin-qan yığnağı Müsavatın missiyası ola bilməz, bu sizin “qəzəb gəldi, ədəb getdi” missiyanızdır. Bu missiyanın isə Müsavata dəxli yoxdur!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam