Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qubad İbadoğluna haqsızlıq edilir”

 

Yeni Azərbaycan Partiyası icra aparatının sədr müavini Siyavuş Novruzov Müsavat Partiyası ətrafında cərəyan edən son hadisələrə münasibət bildirib. 

"Xeberinfo.com":  Məlumata görə, o, Lent.az-a açıqlamasında bildirib ki, Müsavat partiyasında söz, fikir azadlığının olmaması, ədalətsiz, qeyri-qanuni qurultay keçirilməsi və partiyanı bir qrup adamın zəbt etməsinin nəticəsi olaraq insanlar öz etirazını bildirir:
“Müsavatda olmayan adamları indi partiya rəhbərliyinə gətiriblər, Müsavatın qurucuları və partiytada kifayət qədər xidməti olan insanlar bu prosesdən uzaqlaşdırılıb. Partiya yenə faktiki olaraq İsa Qəmbərin əlindədir, Arif Hacılı orda sadəcə kağız üstündə rəhbərdir”.
S. Novruzov deyib ki, Qubad İbadoğlunun, qurultayın ədalətsiz keçirilməsində və buna görə də yenidən qurultay keçirilməsi barədə dediklərində böyük həqiqət var: “Bunu sübut edən odur ki, Müsavat Partiyasından olan əksəriyyət bu gün Arif Hacılının sədrliyini qəbul etmir. Bu da ona dəlalət edir ki, başqanlıq uğrunda seçkilər saxta keçirilib. Bir sözlə Qubad İbadoğluna haqsızlıq edilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam