Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Divanın iclasında özümü müttəhimlər kürsüsündə hiss etdim”

 

“Arif Hacılıya qarşı heç bir kin-küdurətim yoxdur, ancaq bu qədər qrupbaz olmaq, cılız addımlar atmaq düzgün deyil”

"Xeberinfo.com":  “Müsavat Partiyasında repressiya olmaması və söz azadlığının pozulmaması barədə Arif Hacılının fikirləri ilə razı deyiləm. Divana çağırılaraq orada mənə qurulan məhkəmədə özümü repressiya olunmuş hesab etdim. Məhkəmənin nəticəsi də o idi ki, ya Müsavat Partiyasında qalmalıyam, ya da Azərbaycan Demokratiya və Rifah Hərəkatını seçməliyəm. Söz azadlığı hüququm da pozuldu. Sosial şəbəkələrdəki “layk”larım İkram İsrafil tərəfindən sayıldı, Osman Kazımov tərəfindən mənə irad tutuldu. Mən özümü müttəhimlər kürsüsündə hiss etdim”.

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib. O bildirib ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunu partiyadan çıxarmaq bəzi qərəzli və kinli adamların fəaliyyətinin nəticəsidir: “Qubad İbadoğlunun 19 il ərzində istər fiziki, istər maddi, istərsə də mənəvi aspektdə Müsavat Partiyası üçün etdikləri, yazdığı proqramlar, Nizamnamə və Məramnamə ilə bağlı hazırladığı bəndlər nəyə desən dəyər. Bu qədər xidmətlərinin müqabilində Qubad İbadoğlunu partiyadan çıxarmaq yalnız gözü kor olmaq deməkdir, ən böyük qısqanclıqdır. Arif Hacılıya qarşı heç bir kin-küdurətim yoxdur, o da mənim 25 illik hərəkat yoldaşımdır. Ancaq bu qədər qrupbaz olmaq, istər Qubad İbadoğluna, istər Qadınlar Birliyinə, istərsə də şəxsən mənim özümə qarşı bu cür cılız addımlar atmaq haqsız hərəkətlərdir. Sıravi müsavatçıların söz azadlığı boğulur. Qubad İbadoğlu yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin anım günündən qayıdandan sonra İsa Qəmbəri, Arif Hacılını partiyada toplaşmağa dəvət etdi, bu gün isə deyirlər ki, belə dəvət olmayıb, Qubad İbadoğlu kinli adamdır, eqoistlik edir, heç vaxt rəhbərliyin sözünü qəbul etmir və s… Axı zaman-zaman Qubad İbadoğlu barışıq üçün təkliflər ortaya qoydu? Sosial şəbəkələrə baxsınlar, Qubad İbadoğlu harada deyib ki, İsa Qəmbərlə, Arif Hacılı ilə görüşməyəcək?! Dünənə qədər təklif edirdilər ki, eybi yoxdur, Arif Hacılı seçilib, sən də gəl Məclisin sədri ol, bu gün isə əksini danışırlar”.

E. Məmmədli özünün də partiyadan xaric edilməsi ehtimalını istisna etməyib: “Hər an məni partiyadan xaric edə bilərlər, onlardan hər şey gözləyirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam