Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Arif Hacılının istefası tələb olundu

66060_res_01

 

 

 

 

 

 

 

 

Müsavat Partiyasının qurultayında keçirilən başqanlıq seçkilərində namizəd olan və sonra Qubad İbadoğlunun xeyrinə geri çəkilən Səxavət Əlisoy səsvermədən qalib çıxan Arif Hacılını ittiham edib.

"Xeberinfo.com":Bu barədə S.Əlisoy özünün facebook hesabında yazıb.

O, ittihamlarla dolu suallarını Arif Hacılıya və onun QHTK-sının sadiq üzvlərindən olan Gülağa Aslanlıya, Söhrab Məhərrəmliyə, Mustafa Hacıbəyliyə, Razim Əmiraslanova, Elman Fəttaha, Yusif Tağıya, Cahangir Əmirxanlıya, İkram İsrafilə və digərlərinə ünvanladığını qeyd edib.

S.Əlisoy xatırladıb ki, Müsavat Partiyasının təməl prinsiplərindən biri də ləyaqətdir: “Qurultaydan narazı olan müsavatçılar iddia edir ki:

1.Əksər rayonlarda qurultay nümayəndələri sizin tərəfinizdən ciddi nizamnamə pozğunluğu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün seçilib. Sizə (Arif Hacılıya) sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. (MNTK-dan Ə. Talışxanlı və digərləri sabah bu qayonların adını açıqlayacaq).

2. Tovuz rayonunda konfransda Başqan müşaviri iştirak etməsinə baxmayaraq, konfrans MNTK üzvü və QHTK nümayəndəsi iştirak etmədiyi üçün etibarsız hesab olunub. Naxçıvan Muxtar Respublikasının 6 rayonunda konfrans keçirilibmi və harada keçirilib, keçirilibsə, hansı MNTK üzvü və ya QHTK üzvü bu konfranslarda iştirak edib?

3. Azərbaycanın 16 rayonunda partiyanın konfransı nədən baş tutmayıb?

4. Arif Hacılı namizədliklə ilgili istefa verdikdən sonra onun kabineti kimlərin sərəncamında olub?

5. Qurltaya təşkilatı olmayan rayonlardan Arif Hacılıya dəstək üçün nümayəndələr seçimi təşkil olunub, ya yox? (Bu rayonların adları da açıqlanacaq).

6 Qurultay günü QHTK üzvlərinin əksəriyyəti və partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerləri ” İsa Qəmbərin mövqeyi Arif Hacılıdır” deyə qurultay nümayəndələrinə xəbərdarlıq etdikləri nə dərəcədə nizamnəmayə uyğun idi?

7. Nədən Müsavatın yolunda mübarizə aparan fədəkar gənclərdən kimsə Məclis üzvü seçilmədi?

İndi sizə sözüm var. Əgər bizi (şəxsən məni) bu iddialara görə ittiham edirsinizsə, şərəfiniz və namusunuz üzrə and için ki, deyilənlərin heç biri ilə razı deyilik. Əgər içinizdə biri çıxıb desə ki, qərəzlisən və onu sübut etsə üzr istəməyə hazıram. Ən azı 7 iddiadan 3-nü qəbul edirsinizsə Müsavat Partiyasının ləyaqət prinsipini əsas götürüb ya üzr istəyin, ya da seçkiyə haram qatdığınız üçün istefa verin.

Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti əsla mümkün olan iş deyil”.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirdiyi qurultayda Arif Hacılı 28 səs üstünlüyü ilə Qubad İbadoğluna qalib gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam