Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Türkiyə 3 qüvvə ilə üz-üzə:Ankaraya qarşı gizli danışıqlar

 

Bu gün üç qüvvənin – Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar, Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamil və Əsəd rejiminin bir masa arxasında əyləşməsi çox böyük bir məna kəsb edir. Bu, gələcəkdə formalaşa biləcək bir koalisiyanın ilk mərhələsi kimi xarakterizə edilə bilər. Lakin Türkiyəyə qarşı İranın dəstəklədiyi Əsədlə Səudiyyə Ərəbistanının dəstəklədiyi Misirin koalisiya quracağı sual altındadır.

Yenixeber.org: Bu sözləri politoloq Vüqar Zifəroğlu Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar və Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamilin Əsəd rejimi ilə gizli görüşlər keçirməsini şərh edərkən deyib. O bildirib ki, Türkiyə və Rusiya prezidentlərinin Moskvada keçirilən görüşündə əldə edilən razılaşmadan sonra həm Liviya, həm də Suriyada nisbi sakitlik hökm sürür:

“Lakin bu razılaşmadan heç də hər kəs razı qalmayıb. Məsələ ondadır ki, bu razılaşma nə Liviyada Haftarın, nə də Suriyada Əsədin maraqlarına cavab verir. Tərəflər buna qədər ayrı-ayrılıqda görüşlər keçiriblər. Haftar və Əsəd rejimi arasında keçirilən gizli görüşdə rejim əsgərlərinin Liviyaya göndərilməsi və bölgədə muzdlu hərbçilərin silahla təmin olunması barədə razılıq əldə edilib. Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamil isə Suriya Milli Təhlükəsizlik Təşkilatının sədri Əli Məmlüklə Dəməşqdə görüşüb”.

Politoloq vurğulayıb ki, bu görüşlərdə əsas məqsəd Türkiyəyə qarşı ittifaq yaratmaq olub:

“Görüş zamanı gələcəkdə Türkiyəyə qarşı atılacaq addımlar da müzakirə olunub. Görüşdə iştirak edən tərəflərə diqqət yetirsək, görə bilərik ki, hər üç tərəf bu gün Türkiyə ilə problem yaşayır.

Türkiyə Misirdə hərbi çevriliş ilə hakimiyyətə gələn Sisi hökumətini qəbul etmir. Bu gün Türkiyə və Misir arasında münasibətlərin gərgin olması da məhz bununla əlaqədardır. Digər tərəfdən Liviyada Haftarı dəstəkləyən qüvvələrin başında Misir gəlir. Əslində, hərbi çevrilişlə hakimiyyətə gələn Sisinin hərbi çevrilişlə hakimiyyətə gəlmək istəyən Haftarı dəstəkləməsi heç də qəribə deyil. Hazırda bu üçlüyün əsas hədəfi itirilmiş mövqeylərini geri qaytararaq Türkiyənin regionda nüfuzunu aşağı salmaqdır”.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam