Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Heç kim səhvlərdən sığortalanmayıb"

 

“Azərbaycanda fikir plüralizmi var və ona əməl olunur. Heç bir təhlükəli hadisə baş verməyib. Baş verənlər tamamilə normal hadisələrdir. Hər kəs bu insidentlə bağlı öz fikrini deyir.
Bizim ictimai şüurumuzdakı bu demokratik dəyişikliklər ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq baş verib. Plüralizmin qalib gəldiyi ölkədə yaşamaq çox yaxşıdır”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu virtualaz.org saytına açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-leytenant Mədət Quliyev deyib.
M.Quliyev məhbus Lamiyə Quliyeva ilə bağlı baş verənləri və bu haqda yazılanları şərh edərkən bildirib: “Bu, mənə hücum deyil. Bu, penitensiar sistemdəki konkret bir hadisənin tənqid edilməsidir. Mən bütün bunları şəxsən özümə qarşı hücum saymıram. Bu, sadəcə olaraq tənqiddir”.
M.Quliyevin sözlərinə görə, hazırda sözügedən insidentlə bağlı təhqiqat gedir, ictimaiyyət onun nəticələri barədə məlumatlandırılacaq: “Biz məhkum Lamiyə Quliyevanın hamilə olduğunu bilən kimi ona uşağını heç bir problem olmadan dünyaya gətirə bilməsi üçün dərhal hər cür şərait yaratdıq. Bu insidentlə bağlı araşdırma aparılır. Bütün günahkarlar cəzalarını alacaqlar. Bu işdə heç bir şəxsi xarakterli amil yoxdur. Öz fəaliyyətimlə bağlı tənqidlərə də sakit yanaşıram. Heç kim səhvlərdən sığortalanmayıb. Belə tənqidlər isə səhvləri üzə çıxarmağa kömək edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam