Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lamiyə olayı ilə bağlı 2 nəfər istintaqa cəlb olunub

 

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Lamiyə Quliyevanın həbsxanada cəzasının daha 5 il yarım artırılması haqda qərardan prokurorluğun verdiyi protestə məhkəmədə baxılma vaxtı bəlli olub.

"Xeberinfo.com":  Məlumata görə, Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyevin “Azadlıq” qəzetinə verdiyi məlumata görə, protestə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses saat 12:30-da başlayacaq.
Qəzet həmçinin yazır ki, “Lamiyə olayı” ilə bağlı redaksiyaya ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Baş Prokurorluqda Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi faktı ilə bağlı cinayət işi başlanıb. Artıq iki nəfər istintaqa cəlb olunub. Onlar Penitensiar Xidmətin əməkdaşlarıdır.
Məlumatlarda daha sonra deyilir ki, hələ 2013-cü ilin dekabrında Penitensiar Xidmətin rəhbərliyinə bəlli olub ki, Lamiyə Quliyeva hamilədir. Penitensiar Xidmət bundan xəbər tutanda uşağı abort etdirmək vaxtı ötübmüş. Ona görə də məsələnin maksimum şəkildə gizli saxlanılması tapşırılıb. Məlumatlarda bildirilir ki, uşağın atası Lamiyə Quliyevanın açıqlamalarında adı keçən məhbus deyil. Penitensiar Xidmət həmin şəxsin kim olduğunu bilir, lakin bunu ictimaiyyətə açıqlamanması məqsədəuyğun sayılmır.
Qəzetin yazdığına görə, həmin şəxsin adı redaksiyaya bəllidir. Lakin hələlik açıqlamır.“Lamiyə Quliyevanın uşağının atası olduğu deyilən məhbusun adı da redaksiyamıza bəlli olub. Lakin E.R adlı bu şəxsin də adını tam açıqlamaq istəmirik. Çünki yuxarıda qeyd etdiyimiz kimi bu şəxs Lamiyə Quliyevanın uşağının atası deyil. Sadəcə Lamiyə Quliyeva həmin şəxsin adını hallandırmağa məcbur edilib”.
Adının açıqlanmasını istəməyən Penitensiar Xidmətin keçmiş əməkdaşlarından biri redaksiya əməkdaşı ilə söhbətində Lamiyə Quliyevanın hansısa məhbusla intim münasibətdə olmasının qeyri-mümkün olduğunu deyib: “Lamiyə Quliyeva qadınlar üçün nəzərdə tutulan həbsxanada cəza çəkir. Orada kişi məhbus ola bilməz. Ona görə də olayın Kürdəxanı təcridxanasında baş verməsi versiyasını ortaya atıblar. Lakin həmin təcridxanada hansısa kişi məhbus Lamiyə Quliyeva ilə görüşmək üçün ən azı 7 qapı keçməlidir. Necə olub ki, həmin məhbus heç bir maneəsiz, nəzarətçilərin gözündən yayınar
aq Lamiyə ilə görüşüb və üstəlik intim münasibətdə olub? Bu sadəcə mümkün deyil”, – deyə mənbə bildirib.

Məlumatlarda həmçinin bildirilir ki, bu məsələ hakimiyyət daxilində də ciddi müzakirə mövzusudur. “Lamiyə olayı”nı Milli Məclisdə qabardılması, bu işdə təqsiri olan şəxslərin cəzalandırılmasının tələb edilməsi də bundan irəli gəlir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam