Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Generaldan "Lamiyə Quliyeva" haqqında açıqlama

 

Son günlər gündəmdə olan Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi məsələsinə Pentensiar Xidmətin rəisi münasibət bildirib.

 

"Xeberinfo.com":  Məlumata görə, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bu barədə  açıqlama verib.

 

"Bəzi kütləvi informasiya vasitələri məhkum Lamiyə Quliyeva haqda həqiqətə uyğun olmayan şayiələr yayırlar. Əslində isə Penitensiar Xidmətin əməkdaşları Lamiyə Quliyevanın hamiləliyindən 5 aylığında xəbər tutublar. İndi bizi maraqlandıran yeganə məqam uşağın atasının kimliyidir. Biz fikrləşdik ki, təhqiqat hamiləlik vaxtı aparılsa gələcək ana həyəcanlana bilər. Bu məsələ ilə bağlı həkimlərlə məsləhətləşdik və qərar belə oldu ki, uşaqla bağlı problem ola bilər. Biz bir məmur kimi məhkumun qidalanmasına, səhhətinə diqqət ayırdıq. Nəhayət bu körpə dünyaya gəldi. Məhkum bildirib ki, övlad dünyaya gətirmək onun arzusu olub. Lamiyə Quliyeva ilə uşağın atasının kimliyi haqda söhbətlər aparılıb. Lamiyəyə heç bir təzyiq olunmayıb. Hazırda daxili araşdırmalar gedir. Uşağın atasının kimliyini müəyyənləşdirmək istəyirik ki, uşağın böyüməsində onun da rolu olsun. Körpənin atası müəyyən edildikdən sonra bununla bağlı hüquqi addımlar atılacaq”.

 

Mədət Quliyev onu da əlavə edib ki, məhkumların öz yaxınları, qohumları, hətta kütləvi informasiya nümayəndələrilə görüşmək imkanı mümkündür. Sadəcə bu olayı şişirdib, populist çıxışlarla xal qazanmaq istəyən qüvvələr var. Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsinə qeyri-adi baxmaq lazım deyil (ans).

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam